TOP 10

Adrian Skarlatake ilkə imza atıb, 40-cı oldu

Futbol
Tarix: 2019-12-10 13:40

Adrian Skarlatake “Zirə”də qol hesabını açıb. Sport24.az xəbər verir ki, rumıniyalı müdafiəçi qəsəbə təmsilçisinin heyətində ilk dəfə rəqib qapısına yol tapıb.


Bu, Azərbaycan Premyer Liqasının 14-cü turunun “Səbail”lə matçına təsadüf edib. 4:1 hesablı qələbəyə bir topla töhfə verən arxa xətt oyunçusu “Zirə”nin heyətində Premyer Liqada qol sevinci yaşayan 40-cı futbolçu olub. Adrian “Qartallar”ın formasında 27-ci çempionat qarşılaşmasında fərqlənib. 2019-cu ilin son çempionat görüşədək 39 oyunçu bunu bacarmışdı. Skarlatake bu 40 futbolçunun yer aldığı siyahıda 22-ci legioner və ilk rumıniyalı oyunçudu.


Qeyd edək ki, bu 40 oyunçudan başqa daha 5 rəqib futbolçusu avtoqol müəllifi olub.

CBCsport
12 Avqust 2020
11 Avqust 2020
B.eÇ.aÇC.aCŞB