TOP 10

"Neftçi" yeni sponsorla müqavilə imzaladı, Kamran Quliyev bunun sonuncu olmadığını açıqladı: "Neftçi" hər bir brendlə işləyə bilməz"

Futbol
Tarix: 2019-12-10 12:16

Bu gün "Neftçi"nin yeni sponsorla müqavilənin imzalanma mərasimi keçirilib. Sport24.az xəbər verir ki, ağ-qaralar"la "Buta Qlobal Enerji Tekstil" arasında əməkdaşlıq müqaviləsi imzalayıb.

 

İlk olaraq "Neftçi"nin prezidenti Kamran Quliyev çıxış edərək, son turdakı qələbədən sonra əhval-ruhiyyələrinin çox yaxşı olduğunu bildirib: "Dua edirdik ki, bu tədbiri qalibiyyətdən sonra həyata keçirək. Yaxşı ki, bu, xoş təsadüf oldu. "Neftçi"ni tanıtmağa ehtiyac yoxdu, ən köklü, ən çox azarkeşə malik klubdu. Bilirik ki, qardaş Trükiyədə "böyük dördlük" varsa, "Neftçi" həmişə ölkəmizin təmsilçilərinin başında olub. Nəinki biz klub olaraq yeni ortaq axtarırıq, bəzi təşkilatlar özləri maraqlıdır ki, bizimlə işbirliyi qursun. "Sarar" markası uzun illərdi Azərbaycanda tanınmış bir markadı, brenddi. Türkiyəyə özüm tez-tez gedərkən buna şahid olmuşam. Təbii ki, "Neftçi" hər bri brendlə işləyə bilməz. Ancaq "Sarar" adına, işinə, səviyyəsinə görə "Neftşi"nin çox yaxşı, uzunmüddətli tərəfdaşı ola bilər. Fürsətdən istifadə edərək bu şirkətə təşəkkürümüzü bildirir, "Neftçi" ailəsinə "xoş gəlmisən" deyirik. Bir arzum da var ki, Türkiyə millisi AVRO-2020-də uğurlu çıxış etsin. Bu yığmaya uğurlar arzulamaq istəyirik".

 

 

Bu şirkət 2012-ci ildə İstanbulda yaradılıb. Tekstil və enerji sahəsində məhsul istehsalı ilə məşğul olan şirkət yarandığı gündən Azərbaycanda da fəaliyyət göstərir.

Ardından Quliyev jurnalistlərin suallarını cavablandırıb. 

 

- "Sarar" "Qəbələ"nin də tərəfdaşı olmuşdu və sonluq məlumdu. Qorxmursunuz ki, sizin üçün belə uğursuzluq olar?

- "Qəbələ"nin son illərdə qazanmış uğurları Azərbaycan futbolu üçün nümunədi. Əsasən də uşaq futbolunda. İnanmaq istəyirəm ki, bu klubun gələcək aqibəti yaxşı olacaq, bizim üçün belə aqibət yaşanmaz. Hər halda, "Sarar"ın "Qəbələ"yə faydasə dəyib.

 

- Sponsor tapmağın yolunu bəlkə PFL prezidenti Ramin Musayevə də öyrədəsiniz. Çünki o, sponsor olmamasından gileylənir, bunda jurnalistləri gühanlandırır...

- İlk olaraq bunu bəyan edim ki, bu, sonuncu imzalanma deyil, gələcəkdə də olacaq. Məsələyə dediyiniz prizmadan baxmazdım. PFL-in vaxtilə sponsorları olub. İnanmaq istəyirəm ki, onların işləri yaxşı olacaq. Ramin müəllim təcrübəli funksionerdi. Onlara yeni şirkət tapmaqda uğurlar arzulayıram. Bir şeyi də qeyd edim ki, hazırda futbolumuz parlaq dönəm yaşamır, çətinliklər var. Hər dövrün öz göstəriciləri var. Futbolda stabillik formulası yoxdu. Bu dövrdə hər hansı təşkilat futbola dəstək verirsə, maraq göstərirsə, yatırım edirsə, bu, yalnız alqışalayqidi. İnanmaq istəyirik ki, "Sarar"ın timasılna futbolumuza dəstək olanlar çox olacaq. Futbol xalqın oyunudu, maraq da sönmür, arta-arta gedir. Bu çətin dönəmlərdə özünü futbola dəstək verən tərəf kimi göstərmək böyük işdi.

 

MEHMAN SÜLEYMANOV

 

 

Qeyd edək ki, tədbir "Bakcell Arena"da təşkil olunub. 

CBCsport
26 Yanvar 2020
25 Yanvar 2020
B.eÇ.aÇC.aCŞB