TOP 10

“Traktor”da növbəti ayrılıq

Dünya Futbolu
Tarix: 2019-12-10 13:00

Cənubi Azərbaycanın "Traktor" klubunun prezidenti Qulamreza Sadeqian istefa verib. Sport24.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, o, baş məşqçi Mustafa Dənizlinin gedişindən 3 gün sonra bu qərarını açıqlayıb.
 

Sadeqian istefası ilə bağlı bunları deyib: "Futboldankənar bəzi insanlar "Traktor"un uğurlarını istəmirlər. Onlar Təbriz komandasının önünü kəsərək, oyunların nəticələrinə təsir göstəriblər".


Qeyd edək ki, "Traktor" klubu 12 oyundan 18 xalla 9-cu pillədə qərarlaşıb.

football24
18 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB