TOP 10

Qurban Qurbanov rəqibini qabaqlayacaq

Futbol
Tarix: 2019-12-10 11:17

Avropa Liqasının qrup mərhələsinin VI turu çərçivəsində baş tutacaq "Qarabağ" - "Düdelanj" (Lüksemburq) qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı bəlli olub. Sport24.az xəbər verir ki, dekabrın 11-də Tofiq Bəhramov adına Respublika stadionunun mətbuat zalında Azərbaycan çempionunun baş məşqçisi Qurban Qurbanov media nümayəndələrinin qarşısına çıxacaq. 

 

Onun mətbuat konfransı saat 13:30-da başlayacaq. Komandanın son məşqi isə saat 17:30-da Suraxanı qəsəbəsində yerləşən bazada baş tutacaq. Məşqin ilk 15 dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.

 

"Düdelanj"ın baş məşqçisi Bertran Krasson isə saat 19:30-da Tofiq Bəhramov adına Respublika stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. Lüksemburq təmsilçisinin son məşqi saat 20:00-da qarşılaşmanın keçiriləcəyi stadionda baş tutacaq.

 

Qeyd edək ki, dekabrın 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 21:55-də başlayacaq.

CBCsport
26 Yanvar 2020
25 Yanvar 2020
B.eÇ.aÇC.aCŞB