TOP 10

"Qarabağ"ın qarşısını kəsən baş məşqçi qovuldu

Futbol
Tarix: 2019-12-10 10:06

Avropa Liqasında "Qarabağ"la eyni qrupda qərarlaşan APOEL baş məşqçisi Tomas Dollu istefaya göndərib. Sport24.az xəbər verir ki, bu barədə məlumatı Nikosiya klubunun mətbuat xidməti yayıb.

 

Bir müddətdir rəhbərliklə yola getməyən almaniyalı mütəxəssis Kipr çempionatının XII turunda "Olimpiakos"a məğlubiyyətin (0:2) ardından vəzifəsindən qovulub. Beləliklə, Dollun APOEL macərası cəmi 4 ay çəkib.

 

Qeyd edək ki, APOEL Avropa Liqasında "Qarabağ", "Sevilya" və "Düdelanj"la A qrupunda yer alıb. Kipr təmsilçisi sona 1 tur qalmış 1/16 final mərhələsinə vəsiqəni rəsmiləşdirib. APOEL məhz Dollla təmsilçimizin qarşısını həm Çempionlar Liqasında, həm də Avropa Liqasında kəsib. 

CBCsport
12 Avqust 2020
11 Avqust 2020
B.eÇ.aÇC.aCŞB