TOP 10

Evində yıxıldı, ili erkən başa vurdu - “Borussiya”nın futbolçusu

Dünya Futbolu
Tarix: 2019-12-10 11:30

Almaniyanın “Borussiya” (Dortmund) klubu ciddi itki ilə üzləşib. Sport24.az xəbər verir ki, Bundesliqa təmsilçisinin belçikalı futbolçusu Aksel Vitsel sıradan çıxıb.


30 yaşlı futbolçu yaşadığı evdə yıxılıb. Klubun rəsmi saytının yaydığı məlumata görə, xoşagəlməz hadisə nəticəsində Vitsel sifətindən ağır xəsarətlər alıb. Vəziyyəti ciddi olan futbolçu hətta xəstəxanalardan birində ağız və üz nahiyəsindən əməliyyat da olunub.


Əməliyyatı uğurlu alınan Belçika millisinin üzvü artıq evə buraxılıb. Amma onun azı bir ay yaşıl meydanlardan kənarda qalması gözlənilir. Yarımmüdafiəçinin bu il baş tutacaq qalan oyunlarda forma geyinməyəcəyi bildirilir. O, ən azı UEFA Çempionlar Liqası çərçivəsində “Slaviya” (Praqa, Çexiya), həmçinin Bundesliqada “Maynts”, “Leyptsiq” və “Hoffenhaym” ilə oyunları buraxacaq.

CBCsport
26 Yanvar 2020
25 Yanvar 2020
B.eÇ.aÇC.aCŞB