TOP 10

“Barselona” Milana Messisiz yollandı

Dünya Futbolu
Tarix: 2019-12-10 10:35

“Barselona”nın futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda "İnter"lə oyun üçün iştirak ərizəsi açıqlanıb. Sport24.az Kataloniya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, qrupdan çıxmağı təmin edən İspaniya nəhəngi Milana tam heyətlə yollanmayıb.
 

Belə ki, 20 nəfərlik heyətdə Lionel Messi yer almayıb. Komandanın baş məşqçisi Ernesto Valverde bu görüşdə argentinalı hücumçuya istirahət verməyə qərar verib.


“Barselona” Milana bu heyətlə yollanıb: Ter Ştegen, Neto, İnyaki, Rakitiç, Buskets, Todibo, Suares, Lanqle, Vaqe, Qrizmann, Alenya, De Yonq, Vidal, Umtiti, Junior, Peres, Puç, Fati, Arauxo, Morer.


Qeyd edək ki, "İnter" - "Barselona" görüşü bu gün keçiriləcək.
 

CBCsport
26 Yanvar 2020
25 Yanvar 2020
B.eÇ.aÇC.aCŞB