TOP 10

Dadaşovun vurduğu qol komandasını məğlubiyyətdən xilas etmədi

Dünya Futbolu
Tarix: 2019-12-10 09:30

Futbol üzrə Almaniya 3-cü Bundesliqasında 18-ci turun oyunları keçirilib. Sport24.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Proyssen” də növbəti matçına çıxıb.
 

Sözügedən komanda səfərdə “Meppen”lə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:3.


Rüfət də bu görüşün iştirakçısı olub. O, 57-ci dəqiqədə meydana buraxılıb. Komandasının yeganə qolunu da millimizin forvardı vurub. 75-ci dəqiqədə fərqlənən Dadaşov cari mövsümdə vurduğu qolların sayını 4-ə çatdırıb.


Münster klubu 18 turdan sonra 13 xalla 20 kollektiv arasında 19-cu pillədə qərarlaşıb.

CBCsport
26 Yanvar 2020
25 Yanvar 2020
B.eÇ.aÇC.aCŞB