TOP 10

Uels millisinin nümayəndələri Bakıda

Futbol
Tarix: 2019-12-09 19:43

AÇ-2020-nin final mərhələsində 2 qrup oyununu Bakı Olimpiya Stadionunda keçirəcək Uels milli komandasının nümayəndələri Bakıya işgüzar səfərə gəlib. Sport24.az xəbər verir ki, nümayəndə heyətinə Uels Futbol Federasiyasının Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Mark Evans, Komanda Əməliyyatlarının rəhbəri Amanda Smit, Tibb xidməti üzrə Sin Conelli və mətbuat katibi Sara Cons daxildi. 


Uelsli qonaqlar məşqlərin keçirilmə ehtimalı olan stadionlara və komandanın məskunlaşa biləcəyi otellərə baxış keçirib, həmçinin Bakı Olimpiya Stadionunda olublar.


Uels milli komandası AÇ-2020-nin A qrupunda iyunun 13-də İsveçrə, iyunun 17-də isə Türkiyə yığması ilə qarşılaşacaq. Hər iki oyun Bakı Olimpiya Stadionunda keçiriləcək.

football24
18 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB