TOP 10

Rəşad Eyubov oynamaması səbəbindən, qayıdışı tarixindən söz açdı: "Çempionatda olanlar kubokda komandamızın mübarizlik ruhuna heç bir təsir edə bilməz"

Futbol
Tarix: 2019-12-09 18:26

"Sabah" ayyarımdı əsas heyət üzvlərindən olan Rəşad Eyubovun xidmətindən məhrum olub. Bunun da 27 yaşlı yarımmüdafiəçinin səhhətində problemlərlə bağlı olduğu bildirilir. Rəşadla söhbətimizdə bir sıra mətləblərlə toxunduq. 

 

- Xeyli vaxtdır oynamırsan. Son dəfə IX turda oktyabrın 26-da "Zirə"ylə 2:2 hesabıyla nəticələnən ev matçında 73-cü dəqiqədə meydana daxil olaraq çıxış etmisən...

- Oynamamağım həqiqətən səhhətimdəki problemlə bağlıdır. Bir az ağrıyıram. 

 

- Bilmək olar konkret problem nədi?

- Xüsusi bir şey yoxdu. Sağlıqla bağlı adi problemdi. 

 

- Hətta məşq etməyinə də imkan vermir...

- Verir. Ancaq yaxşısı budur məşq etməyəsən ki, tez sağalasan.

 

- Bu, hansı müddəti əhatə edəcək?

- Çempionatın bu il üçün artıq bitdiyini nəzərə alsaq, yəqin ki, qış fasiləsində məşqlərə hazır olacam. Bu isə o deməkdir ki, "Qəbələ"ylə qarşıdakı kubok matçlarına da hazır ola bilməyəcəm.

 

- Komandana kömək edə bilməmək sıxıntısını necə aradan qaldıra edə bilirsən?

- Bax, bu, ən çətindir ki, zədən var, məşq də edə, komanda kömək edə bilmirsən. Karyeramda ilk dəfədi səhhətimə görə bu qədər uzun müddət yaşıl meydandan kənarda qalıram.

 

- Ümumiyyətlə, "Sabah" kənardan necə təsir bağışlayır?

- Kənardan qiymət vermək çətindi. Komandanın daxilində olanda bilirsən ki, nəylə yaşayır, matça necə hazırlaşır, taktiki tapşırıqlar hansıdı. Kənarda olanda isə konkret problemi, müsbət və mənfi cəhətləri bilə bilmirsən. Sadəcə, azarkeş kimi oyuna baxaraq komandanın qələbə qazanmasını istəyirsən.

 

- Bir fakt var ki, "Sabah"ın sən oynadığın vaxtda da əsas problemi qeyri-sabit çıxış idi. Bunu nəylə əlaqələndirərdin? Hər halda, komandanızın yollandığı 6-cı pillə potensialını əks etdirmir...

- Aydın məsələdir ki, hər bir komanda turnir cədvəlində daha yuxarıda olmaq istəyir. Ancaq onu da başa düşmək lazımdır ki, mövsümün əvvəlində yeni komanda formalaşdırılıb, baş məşqçi dəyişiklikləri olub, artıq 2 yeni baş məşqçi gəlib. Bütün bunlar isə zaman tələb edir. İndi yeni çalışdırıcı iş başındadı. Ona vaxt lazımdı ki, uyğunlaşsın, hər futbolçunun potensialını bilsin. Artıq bundan sonra istədiyin oyun ritmini ortaya qoysun. Bu isə vaxt aparan məsələdi. 

 

- Yeri gəlmişkən, xorvatiyalı baş məşqçiniz Jelko Sopiçlə tanış olmağa imkan tapmısan?

- Bəli, tanış olmuşuq. Bir müddət sonra artıq iş prosesində birgə olacağıq.

 

- Səncə, komandanız hazırkı durumunda kubokda "Qəbələ"ni keçmək gücündədi?

- Deməzdim ki, komandamız hansısa pis vəziyyətdədi. Bəli, aydındır ki, son 2 turda uduzmuşuq. Ancaq komanda Sopiçlə bu məğlubiyyətləri liderlər - "Qarabağ"la "Neftçi"dən alıb. Həm də onu başa düşmək lazımdır ki, kubok tam başqa turnirdi. Burda hər şey şəxsi görüşlərdən asılıdı. Qalib cəmi 2 oyunla müəyyənləşir, çempionat kimi uzun marafon - 28 tur olmur. Kubokda tam başqa köklənmə olur. Ona görə hesab edirəm ki, çempionatda olanlar kubokda komandanın mübarizlik ruhuna heç bir təsir edə bilməz. 

 

- Yeni baş məşqçi və çıxış etdiyin yarımmüdafiənin mərkəzində güclü rəqabət. Əsas heyətdə yerini qaytara biləcəksən?

- Bu, yalnız məndən asılıdı. Fikrimcə, tam güclə məşq etsəm, ötən mövsümdə olduğu kimi oynaya bilsəm, mümkün olacaq. Hər bir futbolçunun başlıca məqsədi ilk növbədə komandaya kömək etməkdi. Hər halda, futbol kollektiv idman növüdü. Heç bir rəqabətdən qorxmuram, bu haqda düşünmürəm.

 

- Ötən qış fasiləsində klubunu dəyişdin, "Neftçi"dən "Sabah"a keçdin. Bu dəfə də belə şeyi düşünürsən, yoxsa..?

- Burda məni hər şey qane edir. Məni klub rəhbərliyi dəstəkləyir. Komada daxilində hamıyla yaxşı münasibətim var. Ən əsası, "Sabah"la müqaviləm var və klubda heç kim mənə heç nə deməyib. Ona görə düşünmürəm ki, belə bir şey olsun. 

 

 

 

MEHMAN SÜLEYMANOV

CBCsport
12 Avqust 2020
11 Avqust 2020
B.eÇ.aÇC.aCŞB