TOP 10

120 illik rekord təkrarlandı

Dünya Futbolu
Tarix: 2019-12-09 17:52

“Şeffild Yunayted” İngiltərə Premyer Liqasının 16-cı turunda səfərdə “Norviç”i məğlub edib. Sport24.az xarici mətbuata istinadən xəbər verir ki, 2:1 hesabıyla bitən qarşılaşmada “Şeffild Yunayted” 120 illik klub rekordunu yeniləyib. 


Belə ki, Kris Uaylderin rəhbərlik etdiyi kollektiv son 8 səfər matçıdır ki, məğlub olmur. Komanda bu oyunlarda 2 qələbə qazanıb və 6 heç-heçə edib.


“Şeffild Yunayted” sonuncu dəfə 1899/1900 mövsümündə, İngiltərənin yüksək divizionunda ardıcıl 8 səfər matçında məğlub olmamışdı.


“Şeffild Yunayted” hazırda Premyer Liqada 22 xalla 8-ci sıradadır.

football24
18 Sentyabr 2020
17 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB