TOP 10

İlkin Qırtımovun atası: "Qızım intihar etməyib, təsadüfən..."

Futbol
Tarix: 2019-12-09 17:13

"Keşlə"nin futbolçusu İlkin Qırtımovun bacısının intiharı ilə bağlı atası, Zaqatala rayon Aşağı Tala kənd 3 saylı orta məktəbin direktoru İlham Qırtımov açıqlama verib. Sport24.az xəbər verir ki, o, açıqlamasında qızı intihar deyil, bədbəxt hadisə nəticəsində dünyasını dəyişdiyini söyləyib: “Sevinc Yasamalda oğlum ilə (İlkin Qırtımov) birlikdə yaşayırdı. Hadisə Yasamalda binanın 18-ci mərtəbəsində baş verib. Bir neçə gün idi, qızım mədəsindən şikayət edirdi. Buna görə də müalicə üçün iynə-dərman etdirirdi. Qızım evin içində qaytarmağa başlayıb. Özünü pis hiss etdiyindən hava almaq üçün evin eyvanına çıxıb. Yenidən qaytaranda ayağı sürüşüb və aşağı düşüb.(ağlayır)”. 

 

Qırtımov övladının subay olduğunu, Azərbaycan Milli Konservatoriyasında çalışdığını bildirib. (unikal.org)

CBCsport
26 Yanvar 2020
25 Yanvar 2020
B.eÇ.aÇC.aCŞB