TOP 10

Premyer Liqada 150-ci qol

Futbol
Tarix: 2019-12-09 15:42

“Zirə” Azərbaycan Premyer Liqasında yubiley – 150-ci qolu vurub. Sport24.az xəbər verir ki, bu, 14-cü turun “Səbail”lə ev matçına təsadüf edib. 


4:1 hesablı qələbə qazanan “qartallar”ın ikinci qolu yubiley xarakteri daşıyıb. Bu topa 20-ci dəqiqədə Nicat Süleymanov imza atıb.


Premyer Liqada 134-cü oyununu keçirən “Zirə” matçın sonunda qol sayını 152-yə çatdırıb. Komandanın orta məhsuldarlığı 1,13-ə bərabərdi. Bu qollardan 89-u evdə, 63-ü səfərdə vurulub.


2015-ci ildən Premyer Liqada çıxış edən “qartallar” 100-cü qolu da “Səbail”lə oyunda rəqib qapısından keçirib. 1-ci və 50-ci toplar isə AZAL-la görüşlərə təsadüf edib.

CBCsport
22 Yanvar 2020
21 Yanvar 2020
B.eÇ.aÇC.aCŞB