TOP 10

“Borussiya”nın futbolçusu: “AVRO-2020-nin oyunlarının Bakıda və ya Londonda keçirilməsinin fərqi yoxdu”

Futbol
Tarix: 2019-12-09 13:28

“Çox yaxşı qrupa düşmüşük Təsnifat mərhələsində keçirdiyi 10 matçın hamısında qalib gələn İtaliya yığması favoritdi”. Sport24.az xəbər verir ki, bunu AVRO-2020-də İtaliya, Türkiyə və Uels milliləri ilə birgə A qrupunda yer alan İsveçrə yığmasının futbolçusu Manuel Akanci Almaniya mətbuatın açıqlamasında deyib.

 

Dortmund “Borussiya ”sının 24 yaşlı müdafiəçisi ABRO-2020-nin final mərhələsində irəliləmək üçün yaxşı imkanlarının olduğunu vurğulayıb: “Hədəfimiz mümkün qədər irəliləməkdir. Qrup oyunlarını keçirmək üçün uzaq səfərlər etmək optimal variant olmasa da, mənim üçün fərqi yoxdur. Öz oyunumuzu göstərməliyik. və qalib gəlməliyik. İstər Bakıda olsun, istərsə də Londonda. Bizim üçün fərqi yoxdu"

 

Qeyd edək ki, AVRO-2020-nin təqviminə əsasən, iyunun 13-də Bakı Olimpiya Stadionunda Uels və İsveçrə yığmaları üz-üzə gələcək. İyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları paytaxtımızda təşkil ediləcək. Vladimir Petkoviçin komandasının daha bir görüşü 17-də Romada İtaliyaya qarşı olacaq.

CBCsport
26 Yanvar 2020
25 Yanvar 2020
B.eÇ.aÇC.aCŞB