TOP 10

Rəşad Əzizli "Keşlə"də şansını gözləyir: "Daima oynayacağım klub olsa, gedişim haqda fikirləşəcəm"

Futbol
Tarix: 2019-12-09 14:00

"Keşlə"nin yay fasiləsində transfer etdiyi ilk qapıçı Rəşad Əzlzli olsa da, hələ də Premyer Liqada yeni komandasında debüt etməyib. Bu da sonradan transfer olunan Moldova yığmasının sabiq üzvü Stanislav Namaşkonun arxada qalan 14 turu əvəzolunmadan keçirməsiylə bağlıdı. "Keşlə"nin baş məşqçiisi Tərlan Əhmədovun güvəndiyi 33 yaşlı Namaşko bu göstəricidə qapıçılar arasında rekordçu oldu. 25 yaşlı Əzizliyə isə yeni komandasında rəsmi dübütün yalnız "Kəpəz"lə ölkə Kubokunun 1/8 final mərhələsində etmək nəsib oldu. O, Football24.az-a müsahibəsi bu matçın onun üçün necə başlamasıyla başladı. 

 

- Oyunun çətin keçəcəyini bilirdik. Belə oyunlara motivasiya olunmaq çətin olur. İlk hissədə rəqib təhlükəli hücumlar edirdi. Hissənin son dəqiqələrində qol da vurdular. Bununla belə bu qol bizə kömək oldu ki, toparlanıb qalib gələk.

 

- Oyun praktikasından əziyyət çəkirsən. Gerilədiyini hiss edirsən?

- Deməzdim ki, oyun praktikasından əziyyət çəkirəm. Ümümiyyətlə isə inkişaf etmək üçün daha çox oynamalıyam.

 

-"Qarabağ"a qarşı kubok görüşlərində də meydana çıxmaq ehtimalın var?

- Bu, baş məşqçinin qərarıdı .Kimin oynayıb-oynamayacağına Tərlan müəllim qərar verəcək.

 

- Premyer Kiqada fasilə yaranır. Geridə qalan yarım mövsümü özün üçün necə dəyərləndirərdin?

- Oyunlarda iştirak etmədiyim üçün bu haqda bir söz deyə bilərəm. Klubum isə fasiləyə yüksək nəticə ilə yollandı.

 

- Mütəmadi oynamamaqla bağlı baş məşqçisi ilə söhbətin olub?

- Xeyr, söhbətim olmayıb. Sadəcə şansımı gözləyirəm.

 

- Daha çox oynamaq üçün fasilədə komandanı dəyişmək fikrin var?

- Daima oynayacağım klub olsa, bu haqda fikirləşəcəm.

 

 

 

FƏRƏC ASLANOV

 

CBCsport
26 Yanvar 2020
25 Yanvar 2020
B.eÇ.aÇC.aCŞB