TOP 10

Region Liqasında finalçıların duelində qol səsi çıxmadı, xal itirməyən komanda qalmadı

Futbol
Tarix: 2019-12-09 13:00

Region Liqasında VII turun matçları davam edir. Sport24.az xəbər verir ki, turun mərkəzi matçında qol olmayıb.

 

Bu, ötən mövsümün çempionu "Uğur"un" finalda məğlub etdiyi Qusar "Şahdağ"ıyla Siyəzəndəki səfər görüşündə qeydə alınıb. Bununla da hər iki komandanın xal itirməsi nəticəsində cari mövsümdə yüzfaizli seriyasını davam etdirən qalmayıb. Bu zonanın digər matçında gözlənilməz nəticə olub. Belə ki, xalı olmayan "Xudat" "İrəvan"ı səfərdə məğlub edərək ilk qələbəsini qazanıb. Adıçəkilən zonasın qalan 2 matçı "Qardaşlar"la Quba "Şahdağ"ı arasında bu gün "ASK Arena"da, sabah "Qusar"la "Şirvanovka" arasında sabah "Kapital Bank Arena"da olacaq. 

 

Mərkəz zonasının digər favoriti də turu böyükhesablı qələbələylə başa vurub. Belə ki, "Şamaxı" "Mil"i 5 cavabsız qolla üstələyib. Maraqlıdı ki, meydan sahibləri bu matçda futbolçusu Elnur Mustafazadənin het-trikiylə yanaşı, rəqibin avtoqollarına da sevinib. Bu zonanın lideri "Ağsu Siti" turun açılış matçında "İmişli"yə 4:0 hesabıyla qalib gəlmişdi. Mərkəz zonasında bu turda istirahət edən hələ ki xal üzünə həsrət qalan son pillənin sahibi Saatlı "Araz"ıdı. 

 

Turun ən böyükhesablı qələbəsi, ən məhsuldar matçı Gəncədə olub. Belə ki, Mingəçevir "Energetik"i "Qoşqar UGİM 2"ni 7:1 hesabıyla məğlub edib. Qonaqlardan Zamir Cəlilov turda poker edən futbolçu olmasıyla diqqət çəkib. Liderin ən yaxın izləyici "Şəki" isə evdə darmadağına nail olub. Bu zonada Qazax "Göyəzən"i istirahət edib. 

 

Cənub zonasında turun sensasiyası xalsız "Şıxlar"ın "Ərkivan"ı səfərdə yenməsi olub. Lider "Alyans" da hesabına növbəti 3 xalı səfər matçında yazıb. Lənkəran təmsilçisinə ən yaxın izləyiciləri "Ümid"lə "TNT Astara"nın görüşündə heç-heçə qeydə alınması onlarla xal fərqini artırmağa imkan verib. 

 

 

 

Region Liqası, VII tur

 

Paytaxt və Şimal zonası

"Şahdağ" (Qusar) - "Uğur" (Sumqayıt) - 0:0

 

"İrəvan" (Bakı) - "Xudat" (Xaçmaz)  - 2:3

Qollar: Kamran Ağalarov, 2, İlqar Nuruşov, 83 - Ayaz Əlfixanov, 36, 64, Ramin Şirəliyev, 73

 

"Şahdağ" (Qusar) - 19 (7), "Uğur" - 16 (6),  "Şahdağ" (Quba) - 12 (6), "Qusar" - 9 (6), "Şirvanovka" - 9 (6), "İrəvan" - 3 (6), "Qardaşlar" - 3 (6) - "Xudat" 3 (7)

 

 

Mərkəz zonası

"Şamaxı" - "Mil" (Beyləqan) - 5:0

Qollar: Elnur Mustafazadə, 8, 25, 81, Şahin Ağayev, 15-öz qapısına, Elfiz Əliyev, 46-öz qapısına, 

 

"Ağsu Siti" - 16 (6), "Şamaxı" - 14 (6), "Mil" - 5 (6), "İmişli" - 4 (6), "Araz" - 0 (6)

 

 

Qərb və Şimal-Qərb zonası

"Şəki" - "Oğuz" - 4:0

Qollar: Elçin Süleymanov, 30, 38, 51, Rauf Səlimov, 51

 

"Qoşqar UGİM 2" (Gəncə) - "Energetik" (Mingəçevir) - 1:7

Qollar: Rssim Qurbanov, 74 - Vüsal İsmayılov, 14, Elçin Abdullayev, 26, Zamir Cəlilov, 28, 44, 55, 90, Namiq İbrahimli, 90+2

 

"Energetik" - 16 (6), "Şəki" - 13 (6), "Göyəzən" - 5 (5), "Qoşqar UGİM 2" - 4 (5), "Oğuz" - 1 (6)

 

 

Cənub zonası

"TST Astara" - "Ümid" (Cəlilabad) - 1:1

Qollar: Mirabbas Qədirli, 45 - İbrahim Qədiyev, 75

 

"Neftçala" - "Alyans" (Lənkəran) - 1:2

Qollar: Nurayət Abdullayev, 54 - Elşən Rzazadə, 4, Mirəli İsmayılov, 65

 

"Ərkivan" (Masallı) - "Şıxlar" (Qobustan) - 0:1

Qol: Kamal İsixanov, 20

 

"Alyans" - 16 (7), "Ümid" - 12 (7), "TST Astara" - 10 (6), "Neftçala" - 9 (7), "Ərkivan" - 4 (7) - "Şıxlar" - 3 (6)

CBCsport
26 Yanvar 2020
25 Yanvar 2020
B.eÇ.aÇC.aCŞB