TOP 10

"Neftçi" üçün yubiley qolu

Futbol
Tarix: 2019-12-09 11:11

Azərbaycan Premyer Liqasının XIV turunun “Sabah” – “Neftçi” oyununda vurulan son qol qonaqlar üçün əlamətdar olub. Sport24.az xəbər verir ki, paytaxt təmsilçisi ölkə çempionatları tarixində 550-ci səfər qoluna imza atıb. Bu yubiley topunun müəllifi Stiven Monroz olub. Onun 90+2-ci dəqiqədəki qolu komandasına 2:0 hesablı qələbə qazandırıb.


“Neftçi” 1992-ci ildən çıxış etdiyi çempionatlarda 550-ci səfər qolunu 390-cı oyununda vurub. Bakılılar yarışın tarixində rəqib meydanında ən çox qol vuran komandadır.
Qeyd edək ki, “Neftçi”nin Azərbaycan çempionatındakı ilk səfər qolunu 1992-ci il mayın 15-də Yunis Hüseynov vurub. O, “Avtomobilçi” ilə Yevlaxdakı matçın 21-ci dəqiqəsində fərqlənib. Həmin matçda qonaqlar 3:1 hesabı ilə qalib gəliblər.

football24
19 Sentyabr 2020
18 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB