TOP 10

İkinci dövrənin çempionu - "Neftçi"!

Futbol
Tarix: 2019-12-09 10:09

Azərbaycan Premyer Liqasında ikinci dövrənin çempionu müəyyənləşib. Sport24.az xəbər verir ki, bu, qış fasiləsinə 2-ci pillədə yollanan "Neftçi" olub.

 

Roberto Bordinin komandası cari mövsümün ikinci yarısında hamıdan yaxşı nəticə göstərib. "Neftçi"ni qabağa aparan hamıdan çox - 4 dəfə qələbə qazanmasıdı. "Ağ-qaralar" eyni zamanda ən çox qol vura bilib.  "Neftçi" ilk dövrədə 11 xalla xeyli aşağıda qərarlaşmışdı. 

 

Sözsüz ki, ikinci dövrənin ən diqqətçəkən nəticəsi qış çempinu "Qarabağ"ın zəif göstəriciyə imza atmasıdı. Hər halda, Ağdam klubu ikinci dövrədə qazanılan xallara görə yalnız 4-cüdü. Qurban Qurbanovun komandası ilk dövrəni yüzfazili nəticəyə başa vurmuşdusa, bu dəfə hesabında cəmi 2 qələbəsi olub. Bu da sona yaxın vurduğu qollarla 1:0 hesablı çətin qələbələrdi - "Səbail"llə evdə, "Sabah"la səfərdə. Nəticədə "Qarabağ" ikinci dövrədədə cəmi 10 xal toplaya bilib, ilk xal itkisinə məruz qalıb, ilk məğlubiyyətini alıb. 

 

İkinci dövrənin fiakosu isə "Səbail"di. Təsadüfi deyil ki, Aftandil Hacıyevin komandası nəinki bu 7, ümumiyyətlə, son 10 matçdı qələbə nə olduğunu bilmir. "Dənizçilər" cəmi 2 xal toplayaraq cəmi 2 qol vurmasıyla diqqət çəkir. Halbuki, "Səbail" ilk dövrədə 10 xal toplamışdı.

 

Neftçi

7

4

2

1

14 - 5 

14

2

Keşlə

7

3

3

1

10 - 9 

12

3

Sumqayıt

7

3

2

2

13 - 11

11

4

Qarabağ

7

2

4

1

  7 - 6 

10

5

Zirə

7

2

3

2

12 - 13

9

6

Qəbələ

7

2

2

3

11 - 10

8

7

Sabah

7

2

2

3

  9 - 11

8

8

Səbail

7

0

2

5

  2 - 13

2

football24
18 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB