TOP 10

"Keşlə" fərqi

Futbol
Tarix: 2019-12-08 13:00

"Keşlə"nin moldovalı legioneri Stanislav Namaşko cari çempionatımızın rekordçusu olub. Sport24.az xəbər verir ki, millisinin də üzvü olmuş 33 yaşlı qapıçı XIV turu əvəzolunmadan keçirən yeganə qapıçıdı. Namaşko 1260 dəqiqədə 12 qol buraxıb.

 

Məlumdur ki, "Keşlə"ylə "Qarabağ"la öz aralarındakı oyunla bu il çempionatı bitirsələr də, qalan 6 komanda bunu hələ bu gün edəcəklər. Ancaq onlarda Namaşkoya "əlcək atan" qapıçı yoxdu. "Qarabağ" (Asmir Beqoviç, Şahrudin Məhəmmədəliyev), "Neftçi" (Səlahət Ağayev, Aqil Məmmədov), "Zirə" (Boyan Zoqoviş, Orxan Sadıqlı), "Sabah" (Saşa Stamenkoviç, Dmitri Bezruk), "Qəbələ" (Anar Nəzirov, Tərlan Əhmədli) və "Səbail" (Kamal Bayramov, Aleksandr Rıbka) artıq hərəyə 2 qolkiperdən istifadə edib. Yalnız "Sumqayıt" arxada qalan 13 turda yalnız 1 əlcək sahibi - milllimizin də üzvü olan Mehdi Cənnətovun xidmətindən yararlanıb. Ancaq bu milliləşdirilən dağıstanlı əlcək sahibi "Qəbələ"ylə bugünkü son turun matçında oynaya bilməyəcək. Buna da səbəb Mehdinin 4 sarı vərəqəyə görə cəzalı durumda olmasıdı.

 

Aancaq Azərbaycan Kubokunu da nəzərə alsaq, cari mövsümün ilk yarısında əvəzolunmaz qapıçı yoxdu. Çünki "Keşlə"nin "Kəpəz"lə 1/8 matçında qapıda həmin Namaşko yox, azərbaycanlı əvəzləyicisi Rəşad Əzizli olub. 

 

Onu da bildirək ki, 14 turun hamısında əvəzolunmadan oynayan digər futbolçu da "Keşlə"lidi. Bu, baş məşqçi Tərlan Əhmədovun heç vaxt əvəzləmədiyi, Syerra-Leone yığmasının da üzvü olan təcrübəli yarımmüdafiəçi Con Kamaradı.

 

Premyer Liqamızın xari mövsümün iştirakçıları arasında 13 turu hamısıda daim meydanda olan bir futbolçu var ki, o da cəza üzündən Mehdinin aqibətini yaşayır. Bu, Cənnətovun komandasıyla Sumqayıtdakı bugünkü görüşü buraxmalı olacaq "Qəbələ"nin müdafiəçisi Amin Seydiyevdi. 

 

CBCsport
24 Yanvar 2020
23 Yanvar 2020
B.eÇ.aÇC.aCŞB