TOP 10

Abışovla Eyubov keçmiş komandalarıyla matçı da buraxacaqlar - digər sabiq klublarıyla görüşədək hazır olacaqlar

Futbol
Tarix: 2019-12-08 12:18

"Sabah"ın futbolçuları kapitan Ruslan Abışovla millimizin üzvü Rəşad Eyubov keçmiş komandaları "Neftçi"ylə Premyer Liqanın XIV turun bugünkü ev matçında da çıxış etməyəcəklər. Sport24.az xəbər verir ki, hər iki təcrübəli futbolçu sağlıq durumlarında problemlərdən əziyyət çəkir.

 

Ruslanla Rəşad son olaraq IX turda "Zirə"ylə okyabrın 26-da 2:2 hesabıyla nəticələnən ev görüşündə çıxış ediblər. Abışov həmin matçın 32-ci dəqiqəsində zədələnərək sıradan çıxıb və bundan sonra yaşıl meydana qayıdıb. Eyubov isə bu görüşün son 17 dəqiqəsində meydana girərək çıxış edib.

 

Ruslan bundan bir müddət sonra komandayla çalışsa da, sonradan zədəsi öz sözünü deyərək son günlərdə məşqlərdən iştirak etmir. Rəşad isə səhhətindəki problemlər üzündən hazırlıqdan kənarda qalıb. Ancaq onların digər sabiq klubları - "Qəbələ"ylə ölkə Kubokunun 1/4 final matçlarınadək sağalaraq meydana çıxa biləcəkləri gözlənilir. 

 

Qeyd edək ki, "Sabah"ın hələ yayda ağır zədə üzündən əməliyyat olunan yarımmüdafiəçisi Elşən Abdullayevlə yeni hücumçusu Kevin Kubembanın qış fasiləsindən sonra oynayacaqları indidən bəllidi. Elşən hələ ki fərqi məşqlərlələ, yüngül qaçışlarla kifayətlənirsə, Kevin artıq bir müddətdi komandayla hazırlaşır. Sadəcə, Türkiyə toplanışında ayağı qıırlan "Səbail"in fransalı keçmiş legioneri bir qədər tez sağaldığından - 3 aya məşqlərə başladığından risk etmək istəmirlər. Onlar qış toplanışında komandayla tam hazırlıq keçəndən sonra oynaya biləcəklər. 

CBCsport
19 Yanvar 2020
18 Yanvar 2020
B.eÇ.aÇC.aCŞB