TOP 10

"Zirə"nin legioneri üçün il bitib

Futbol
Tarix: 2019-12-08 11:18

"Zirə"nin legioneri Şafik Tiqrudja üçün futbol ili vaxtından əvvəl başa çatıb. Sport24.az xəbər verir ki, 27 yaşlı fransalı yarımmüdafiəçi nəinki bu gün keçiriləcək "Səbail"lə Premyer Liqanın son turunun matçında, "Səbail"lə ölkə Kubokunun qarşıdakı 1/4 final matçlarında da meydana çıxa bilməyəcək.

 

Məşqdə dizindən xəsarət alan Şafikin ən yaxın halda qış fasiləsindən sonra komandasına kömək edə biləcək. Ancaq Vətəninə yollanmayan Tiqrudja düşərgədə müalicəsini davam etdirəcək. O, qış təlim-məşq toplanışınadək sağalaraq tam hazır olacaq. 

 

Komandanın baş məşqçis Zaur Həşimov bugünkü matçda digər legioneri - botsvanalı cinah vingeri Mfo Kvasqavanin də xidmətindən yararlana bilməyəcək. Bu da onun cari çempionatda 4 sarı vərəqə alaraq limiti aşmasına görədi. Ancaq Mfonun "Səbail"yə ən azı ilk kubok matçında belə problem olmayaraq meydana çıxa biləcək. 

CBCsport
05 Avqust 2020
04 Avqust 2020
B.eÇ.aÇC.aCŞB