TOP 10

Beqoviç üçün müştəri çıxan 4 klub - 3-ü İngiltərədən, 1-i Hollandiyadan

Futbol
Tarix: 2019-12-08 10:20

“Qarabağ”ın qapıçısı Asmir Beqoviç karyerasını davam etdirə biləcək klubarın adları açıqlanıb. Sport24.az xəbər verir ki, bu haqda Britaniyanın “The Sun” nəşri məlumat yayıb. 

 

Belə ki, Beqoviç İngiltərə Premyer Liqa təmsilçisinə qayıdaraq bu dəfə karyerasını Premyer Liqanın digər təsmilçisi “Vest Hem”də davam etdirə bilər. London təmsilçisinin 32 yaşlı bosniyalı qolkiperin xidmətində daha çox maraqlı olduğu və onu heyətinə cəlb etmək istədiyi qeyd olunur. 

 

Məlumdur ki, Asmirin dekabrın 31-də “Qarabağ”la icarə müqaviləsi başa çatır. Müqavilə ilə Premyer Liqa təmsilçisi “Bornmut”a məxsus olan Beqoviçlə İngiltərənin I liqa təmsilçiləri “Derbi”, “Birmingem”, həmçinin Hollandiyanın PSV klublarının da maraqlandığı bildirilib. Asmirin müqaviləylə məxsus olduğu “Bornmut”a qayıdışı gözlənilmir. Bu da hazırkı baş məşqçisi Eddi Xounun etimadını itirməsinə görə yanvarda özünə yeni klub tapmağa məcbur olmasıyla bağlıdı.

 

“The Sun” yazır ki, hazırkı klubu ilə hələ iki il yarımlıq müqaviləsi olan Beqoviç həftəyə 60 min funt qazanmalıdı. Yeni klubu ona bu maaşın yarısını verməlidi.

 

Xatırladaq ki, "Qarabağ" 32 yaşlı Beqoviçi Avropada "transfer pəncərəsi"nin bağlanması ərəfəsində 4 aylığa icarəyə götürdü. 

CBCsport
07 Avqust 2020
06 Avqust 2020
B.eÇ.aÇC.aCŞB