TOP 10

Region Liqasında tur liderin darmadağınıyla başladı

Futbol
Tarix: 2019-12-07 23:59

Bu gün Region Liqasında VII tura 1 oyunla start verilib. Sport24.az xəbər verir ki, Mərkəz zonasının vahid lideri "Ağsu Siti" növbəti qələbəsini də böyük hesabla qazanıb. Samir İsayevin komandası hesabat turunun açılış matçında evdə "İmişli"ni 4:0 hesabıyla məğlub edib. 

 

Görüşdə dubl edən təcrübəli hücumçu Aydın Qasımov 33-cü dəqiqədə hesabı açıb, 81-ci dəqiqədə son nöqtəni qoyub. Digər qol müəlliflərindən Rəmiz Eminli 56-cı dəqiqədə penatidən fərqlənib, Bəhlul Əliyev 74-cü dəqiqədə rəqib qapısına yol tapıb. 

 

Bu qələbədən sonra "Ağsu Siti" 6 oyundan 16 xalla vahid liderliyini sürdürür. "İmişli" isə 6 qarşılaşmadan sonra 4 xalla 5 komanda arasında 4-cü pillədə qərarlaşıb.0

 

Mərkəz zonasında digər matç sabah saat 14:00-da "Şamaxı" - "Mil" (Beyləqan) görüşü olacaq. Keçirdiyi 5 matçın hamısında uduzan Saatlı "Araz"ı bu turda istirahət edir. 

CBCsport
22 Yanvar 2020
21 Yanvar 2020
B.eÇ.aÇC.aCŞB