TOP 10

Qriqorçuk istefaya göndərilir - onun yerinə namizəd klubun münasibətindən narazıdı

Futbol
Tarix: 2019-12-07 21:21

"Astana"nın baş məşqçisi Roman Qriqorçuk postunu itirmək təhlükəsiylə üzləşib. Sport24.az xəbər verir ki, 54 yaşlı mütəxəssis paytaxt klubunu ölkə çempionu etsə də, Avropa Liqasında uğursuz çıxışı üzündən istefaya göndəriləcəyi deyilir.

 

Belə ki, "Astana" Avroliqada 5 oyunda 3 xal toplayaraq qrupda son yeri tutur. Qazaxıstan təmsilçisi son turda "Mançester Yunayted"i evdə məğlub etsə də, bu da Qriqorçuku xilas etməyə bilər. Onun komandası qrup mərhələsində son oyununu dekabrın 12-də Belqradda "Partizan"a qarşı keçirəcək.

 

Qriqorçukun yerinə namizəd isə rumıniyalı Dan Petreskudur. Hazırda Vətənində Kluj ÇFR-ni çalışdıran bu mütəxəssis bu xəbəri nə təsdiq, nə də təkzib edib: "Niyə bunu klub məndən soruşmur? Məndən soruşsaydılar, onlara cavab verərdim! Ancaq bax belə, vasitəçilərlə danışmağı sevmirəm".

 

Xatırladaq ki, Roman İosifoviç 2018-ci ilin yayında "Qəbələ"dən "Astana"nın baş məşqçi vəzifəsinə keçib. 

 

CBCsport
26 Yanvar 2020
25 Yanvar 2020
B.eÇ.aÇC.aCŞB