TOP 10

Millimizin oyunlarının başlama vaxtı açıqlandı

Futbol
Tarix: 2019-12-07 17:31

DÇ-2020-nin elit-raundunda mübarizə aparacaq futzal üzrə Azərbaycan millisinin oyunlarının keçiriləcəyi tarix və başlama saatı açıqlanıb. Sport24.az xəbər verir ki, bütün matçlar Xorvatiyanın Osiek şəhərindəki “Qradsk vrt Arena”da keçiriləcək. 

 

İlk matçda meydan sahibləri ilə üz-üzə gələcək komandamız daha sonra Rusiya və Slovakiya ilə münasibətlərinə aydınlıq gətirəcək. 

 

C qrupunun oyunlarının təqvimini və matçların başlama saatlarını diqqətinizə çatdırırıq:

 

29 yanvar
Saat 20:00 Rusiya - Slovakiya
Saat 23:00 Xorvatiya – Azərbaycan

 

30 yanvar
Saat 20:00 Azərbaycan – Rusiya
Saat 23:00 Xorvatiya – Slovakiya

 

1 fevral
Saat 20:00 Slovakiya – Azərbaycan
Saat 23:00 Rusiya – Xorvatiya

 

Qeyd edək ki, qrup qalibiləri final mərhələsinə yüksələcək. İkinci pilləni tutacaq komandalar aprel ayında keçiriləcək pley-off oyunlarında üz-üzə gələcək. C qrupunun ikincisi D, B qrupunun ikincisi isə A qrupunun ikincisi ilə qarşılaşacaq.

 

Digər qruplar:

A qrupu
Portuqaliya
İtaliya
Belarus
Finlandiya

B qrupu
İspaniya
Serbiya
Ukrayna
Fransa

D qrupu
Qazaxıstan
Sloveniya
Rumıniya
Çexiya

CBCsport
07 Avqust 2020
06 Avqust 2020
B.eÇ.aÇC.aCŞB