TOP 10

Bakıda het-trik edən hücumçunun oyun zamanı tualetə getməsi qalmaqala səbəb oldu

Dünya Futbolu
Tarix: 2019-12-07 16:07

"Arsenal"ın kapitanı Pyer-Emerik Obameyanq Premyer Liqanın XV turunda "Brayton"a uduzduqları oyunun sonlarına yaxın tualetə getməsi azarkeşləri qəzəbləndirib. Sport24/az xəbər verir ki, komandası hesabda 1:2 geridə olduğu zaman qabonlu hücumçu 4-5 dəqiqəlik tualetə gedib.

 

Müvəqqəti olaraq "topçular"ı çalışdıran Freddi Lyunberq həmin an bu hadisəni görmədyini deyib: "Obameyanqın tuneldən çıxdığını gördüm. Tualet ehtiyacı var idi və buna görə gedib".

 

"Arsenal" azarkeşləri isə komandanın məğlub olduğu vaxtda kapitanın tualetə getməsini kəskin şəkildə qınayıb.

 

Xatırladaq ki, Obameyanq Dortmund "Borussiya"sında çıxış edərkən "Qəbələ"yə Avropa Liqasının qrup mərhələsində Bakıda 3:1 hesabıyla qalib gəldikləri matçda het-trik edib. 

CBCsport
07 Avqust 2020
06 Avqust 2020
B.eÇ.aÇC.aCŞB