TOP 10

Baş hakim "Qarabağ" - "Keşlə" matçında avtoqolla bağlı düzgün qərar verib?

Futbol
Tarix: 2019-12-07 17:00

Premyer Liqamızın XIV turun açılış matçı maraqlı epizodla yadda qalıb. Sport24.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən "Qarabağ" - "Keşlə" görüşündə qonaqların yarımmüdafiəçisi Ruslan Qurbanovun cərimə zərbəsindən sonra qapıya vurduğu top rəqibin gənc futbolçusu Hacıağa Hacılının ayağı dəyərək tora daxil olib.

 

Baş hakim Kamal Umudlu qarşılaşmanın protokolunda avtoqol qeyd alınıb. Ruslan "Facebook"dakı şəxsi səhifəsində həmin epizodla bağlı fikirlərini yazaraq qolun adına yazılmalı olduğunu vurğulayıb. 

 

Bəs, əslində necə olmalıdı? Qolun müəllifi ilə bağlı mübahisəli məsələni aydınlaşdırmağı qərara aldıq. Özü də sadə bir nümunəylə məsələyə birdəfəlik son qoymağa çalışacağıq. Təsəvvür edək ki, həmin epizodda Hacıağa "Qarabağ"ın yox, "Keşlə"nin futbolçusu olardı. Onda qol kimi adına yazılardı? Təbii ki, Hacılının. Çünki topa son o, toxunmuşdu. Burda şübhə ola bilməz. Üstəlik, Hacıağa topun istiqamətini dəyişib. Bununla da baş hakim avtoqol qeydə almaqla düzgün qərar verib.  

 

 

CBCsport
19 Yanvar 2020
18 Yanvar 2020
B.eÇ.aÇC.aCŞB