TOP 10

“Traktor”da Mustafa Dənizli dönəmi başa çatdı

Dünya Futbolu
Tarix: 2019-12-07 14:42

Cənubi Azərbaycanın “Traktor” klubu baş məşqçisi Mustafa Dənizli ilə yollarını ayırıb. Sport24.az xəbər verir ki, bu barədə Təbriz təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Mustafa Dənizli ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
 

Dənizli bu yay “Traktor” ilə 5 illik müqavilə imzalamışdı. “Traktor” hazırda İran çempionatında 18 xalla 16 kollektiv arasında 8-ci sıradadır.


Dənizli 2013/14 mövsümündə “Xəzər Lənkəran”da baş məşqçilik edib. O, İranda “Pas Tehran” və “Persepolis” klublarını da çalışdırıb.

CBCsport
19 Yanvar 2020
18 Yanvar 2020
B.eÇ.aÇC.aCŞB