TOP 10

Region Liqasında finalçıların dueli - dayanan daha biri də olacaq, yoxsa..?

Futbol
Tarix: 2019-12-07 12:00

 

Bu gün Region Liqasında VII tura start veriləcək. Sport24.az xəbər verir ki, turun mərkəzi qarşılaşması Siyəzəndə olacaq.

 

Bu rayonun komandası olmasa da, Qusar "Şahdağ"ı keçən mövsümdən rəqiblərini burda qəbul edir. Onun turnirin ikiqat çempionu "Uğur"la görüşü ümumiyyətlə, mövsümün matçı sayılır. Axı, bu komandalar ötən mövsümdə finalda görüşüb. Cari mövsümdə yüzfaizli nəticə göstərən komandalardan qalan məhz "Uğur"la "Şahdağ"dı. Bu isə o deməkdir ki, mütləq xal itirən olacaq. Hətta heç-heçə olarsa, bu ikisi də olmaqla qələbə seriyasını davam etdirən qalmayacaq.

 

Bir şeyi də bildirək ki, Sumqayıt təmsilçisinin ötən turda "İrəvan"la ev matçı təxirə salındığından, 1 qarşılaşma az keçirib. Bu oyun isə artıq növbəti həftəçi - dekabrın 11-də keçiriləcək və "Uğur" yenidən 1-ci pilləni ələ keçirə bilər. Paytaxt və Şimal zonasının digər iddialısı Quba "Şahdağ"ı "Qardaşlar"ın qonağı olacaq. Quba təmsilçisi türkiyəli baş məşqçisi İbrahim Uzuncayla müqaviləni qarşılıqlı razılıqla pozduğundan, bu dəfə onsuz meydana çıxacaq. Bu zonanın digər görüşlərində  "Qusar" "Şirvanovka"nı, "İrəvan" "Xudat"ı qəbul edəcək. 

 

Qərb və Şimal-Qərb zonasında bu turda Qazax "Göyəzən"i istirahət edəcək. Liderlər isə autsayderlərlə matçlarda hesablarına növbəti 3 xal yazmaq imkanları çoxdu. Mingəçevir "Energetik"i bu dəfə Gəncəyə istirahət edərək "Qoşqar UGİM 2"nin qonağı olacaq. Liderin ən yaxın izləyicisi "Şəki" isə evdə "Oğuz"la görüşəcək.

 

Cənub zonasının maraqlı qarşılaşması turnir cədvəlində qonşuların - "TST Astara"yla Cəlilabad "Ümid"in birincilərin meydanındakı görüşü olacaq. "Neftçala" lider "Alyans"ı qəbul edəcəksə, Masallı "Ərkivan"ı evdə, xal üzünə həsrət qalan Qobustan "Şıxlar"la üzləşəcək. 

 

Çıxış etdiyi Mərkəz zonasının lideri olan "Ağsu Siti" "İmişli"ni qonaq edəcək. Bu zonanın digər favoriti "Şamaxı" isə "Mil"i qəbul edəcək. Bu turda istirahət edən Saatlı "Araz"ıdı. 

 

 

 

CBCsport
07 Avqust 2020
06 Avqust 2020
B.eÇ.aÇC.aCŞB