TOP 10

Ruslan Qurbanovun avtoqol narazılığı: "Ronaldo, Messi kimi böyük futbolçular belə qollar vuranda, adlarına yazırlar, ancaq bizdə..."

Futbol
Tarix: 2019-12-07 11:00

"Keşlə"nin futbolçusu Ruslan Qurbanov "Facebook"dakı şəxsi səhifəsində maraqlı paylaşım edib. Sport24.az xəbər verir ki, təcrübəli hücumçu Premyer Liqanın bu il üçün son turunun "Qarabağ"la açılış matçında hesabı 1:1 edərkən vurduğu qolun adına yazılmamasından narazlığını ifadə edib: "Azərbaycanda olduğum bu 10 ildə yalnız "Qarabağ"a qol vurmamışdım. Bu gün vurdum və avtoqol yazdılar? Sualım odur ki, Ronaldo, Messi kimi böyük futbolçular belə qollar vuranda, onların adlarına yazırlar, ancaq bizdə niyə belə şey yoxdu...İstənilən halda, Allaha minnətdaram. Ancaq qol adıma yazılsaydı, əla olardı".

 

Xatırladaq ki, Ruslanın 40-cı dəqiqədə cərimə zərbəsindən sonra qapıya göndərdiyi top "Qarabağ"ın yarımmüdafiəçisi Hacıağa Hacılıya dəydiyindın, avtoqqol qeydə alınıb. 

CBCsport
07 Avqust 2020
06 Avqust 2020
B.eÇ.aÇC.aCŞB