TOP 10

Maksimalist Zaur Axundov "Qarabağ"la kubok duelində də müsbət nəticəyə inanır: "Hər şey edəcəyik ki, qış fasiləsindən sonra daha güclü olaq"

Futbol
Tarix: 2019-12-07 10:18

"Keşlə"nin Müşahidə Şurasının sədri Zaur Axundov Premyer Liqanın XIV turunda "Qarabağ"la səfərdə 2:2 hesablı bərabərliyi şərh edib. Sport24.az xəbər verir ki, klub rəhbəri bu nəticədən məmnun qaldığını gizlətməyib: "Şübhəsiz ki, bu nəticəyə çox sevinirik. Rəqib nüfuzlu "Qarabağ" idi. Üstəlik, səfərdə çıxış edirdik. Uda da bilərdik, uduza da. İstənilən halda, belə br rəqiblə matçda 1 xal müsbət nəticədi. Əlbəttə, bu xalı qazanmaq çətin idi. Axı, kadr problemlərimiz vardı. Ancaq komanda xarraket göstərdi".

 

Axundov elə bu rəqiblə qarşıdakı Kubok sınağından da söz açaraq müsbət nəticəyə inamını ifadə edib: "Təbiətcə maksimalistəm. Əlbəttə, rəqib çox güclüdü. Ancaq bu Kubokdu və yarımfinala çıxmağa çalışacağıq".

 

Həmsöhbətimiz qış fasiləsəsindəki transferlərə də toxunub: "Bu, olacaq, bizə mütləq güclənmək lazımdı. İndi deyə bilmərəm ki, nə qədər futbolçu cəlb edəcəyik. Bu sual məşqçilər korpusunadı. Hər şey edəcəyik ki, qış fasiləsindən sonra daha güclü olaq". (Football24.az)

 

CBCsport
19 Yanvar 2020
18 Yanvar 2020
B.eÇ.aÇC.aCŞB