TOP 10

Namaşko haqsız olduğunu etiraf etdi, hərəkətinə görə hakimdən üzr istədiyini açıqladı: "Milliyə namizədliyim nəzərdən keçirilmir, bilmirəm niyə..."

Futbol
Tarix: 2019-12-06 23:44

"Keşlə"nin qapıçısı Stanislav Namaşko Azərbaycan Premyer Liqasının XIV turunda səfərdə "Qarabağ"la 2:2 hesablı heç-heçə etdikləri matçdan sonra brifinq keçirib. Moldova yığmasının 33 yaşlı sabiq üzvü Sport24.az-ın da əməkdaşının suallarını cavablandıırb.

 

- Komandanızı 1 xala görə təbrik etmək olar?

- Çətin matç olduğunu gizlətməyək. Qarşılaşmadam əvvəl bilirdik ki, hansı komanda ilə oynayacağıq və çətin olacaq. 1 xal bizim üçün yaxşı nəticədi. Oyuna qələbə üçün çıxdığımı gizlətmirəm. Amma 1 xal da yaxşı nəticə olduğundan sevinirik. Bu gün uda da bilərdik, uduza da. 

 

- Bəzi aparıcı futbolçularınız matçda yox idi. Necə düşünürsünüz, onlar meydanda olsaydı, "Keşlə" qələbə ilə ayrıla bilərdi?

- Nəsə demək çətindi bu haqda. Əlbəttə, bizdə futbolçu çatışmazlığı var. Bizim üçün meydana çıxan hər bir futbolçumuz dəyərlidi. Üstəlik, meydanda yaxşı anlaşmamız  var. Ancaq bu gün oynamayanların əvəzinə meydana çıxan futbolçular istənilən halda, özlərini yaxşı tərəfdən göstərdilər, bütün güclərini ortaya qoydular. Çox güclü rəqibdən 1 xal aldığımıza görə şadıq. Necə bir çətin komandayla qarşılaşdığımızı yaxşı başa düşürdük.

 

- İkinci qolu buraxanda etiraz etdin. Hətta, hakimin yanına da getdin. Topun qapı xəttini keçmədiyini düşünürdün?

- Bəli, səmimi olaraq bunu düşünürdüm. Bunu hakimə etirazımı bildirmək istəyilə etmədim. Sadəcə, həmin an mənə elə gəldi ki, top qapı xəttini keçməmişdi. Bunu hakimə bildirdim. Sonra mənə dedilər ki, top xəttini keçmişdi. Buna görə də ikinci hissə başlayanda hakimdən üzr istədim. Görünür, emosiyalar öz sözünü dedi. Sən demə, haqsız imişəm və top qapı xəttini tam keçmişdi. Adətən, belə şeyləri özümə sığışdırmıram. Hakimlərə heç vaxt yaxınlaşıb etirazımı bildirmirəm. Amma həmin vaxt emosiyalara qapılmışdım.

 

- Qarşıda "Qarabağ"la kubok oyunlarında 2 dəfə qarşılaşacaqsınız. Ümumiyyətlə, eyni rəqiblə qısa vaxt ərzində bu qədər oynamaq darıxdırıcı olmur?

- Əlbəttə, olur və daha fərqli komandalarla qarşılaşmaq istəyərdik. Bunu heç kəs gizlətmir ki, "Qarabağ", "Neftçi" kimi komandalar çox olsaydı, daha yaxşı olardı. Ancaq çempionat belədir ki, əlimizdə olanla kifayətlənməliyik, seçim imkanımız yoxdu. "Qarabağ"ı deyə bilmərəm, ancaq bizi belə matçlar motivasiya edəcək. Xüsusilə də gənc futbolçularımızı. 

 

- "Keşlə" cari çempionatın ilk hissəsini 2 və ya 3-cü pillədə başa vuracaq. Bu nəticə komandanızı qane edirmi?

- Çempionat bizim üçün çətindi. Çünki hələ mayın sonuna qədər hələ çox matç var. Amma mövsüm başlamamışdan əvvəl qarşımıza qoyulan məqsəd ilk "3-lüy"ə düşməkdi. Hər bir matça xal toplamaq üçün çıxırıq. Nə qədər alınacaq, bunu ancaq may ayında deyə bilərik. İndidən nə isə demək bir az çətindi. Azərbaycan çempionatı gözlənilməzdi, hər komanda qalib gələ lider uduza bilər. Sıxlıq var, 1-2 matç uduzanda, xal fərqi azalır. Bu haqda düşünmürük, öz oyunumuzu oynayırq, xal toplamaq üçün çıxırıq. Bəli, qış fasiləsinədək yaxşı mövqedə qərarlaşmışıq. Xalımız bir az çox da ola bilərdi, az da. Hesab edirəm ki, hal-hazırki mövqeyimiz bizi qane edir. Ancaq bu gün üçün avrokuboklara vəsiqə vermirlər. Ona görə də indiki nəticəmizlə sevinə bilmərik. Bizi maraqlandıran may ayına qədər nə qədər xal toplayacağımız, çempionatı neçənci yerdə  başa vuracağımızdı.

 

- Moldova yığmasında baş məşqçi dəyişikliyi olub, bu vəzifəyə türkiyəli mütəxəssis Engin Fırat gətirilib. Yenidən milliyə qayıdışın baş tuta bilər? Moldovadan nə xəbərlər əldə etmisən? Adın yeni baş məşqçinin geniş siyahısında var? O,  səninlə bağlı Azərbaycan Premyer Liqasına nəzər yetirə bilərmi?

- Belə cavab verə bilərəm ki, bugünkü gündə namizədliyim ümumiyyətlə, nəzərdən keçirilmir. Bilmirəm niyə...Fikrimcə, bu sual baş məşqçiyə, federasiyayadı. Fikrimcə, baş məşqçi tək qərar vermir. Çox nüanslar var. Hazırkı millidə məni nəzərə almırlar. O, hazırda baş məşqçidi və qərar verir ki, kimi çağırsın. Ancaq hazırda  namizədliyimi nəzərədn keçirmir. 

 

 

 

MEHMAN SÜLEYMANOV

CBCsport
22 Yanvar 2020
21 Yanvar 2020
B.eÇ.aÇC.aCŞB