TOP 10

"Keşlə"nin debütantı Premyer Liqada oynamaq üçün özünü hazır sayır: "Motivasiyam çox yaxşı idi, sadəcə, bir az həyəcan vardı"

Futbol
Tarix: 2019-12-06 23:06

"Premyer Liqada ilk oyunum olduğuna görə bir az həyəcan var idi. Oyunun da çətin keçəcəyini gözləyirdik. Belə də oldu. Şükürlər olsun ki, “Qarabağ” kimi komandadan 1 xal ala bildik". Sport24.az xəbər verir ki, bu fikirləri "Keşlə"nin gənc futbolçusu Xəzər Mahmudov Premyer Liqanın XIV turunda "Qarabağ"la səfərdə 2:2 hesablı bərabərliyə qaldıqları matçdan sonra jurnalistlərə açıqlamasında bildirib.

 

Premyer Liqamızda debüt matçında 90 dəqiqə meydanda olan  19 yaşlı  hücumçu olan şans verdiyinə görə baş məşqçiisi Tərlan Əhmədova təşəkkür edib: "Sağ olsun Tərlan müəllim ki, bu cür oyunda mənə şans verdi. Mən də əlimdən gələni etməyə çalışdım. “Qarabağ” kimi komandaya qarşı hamı çıxış etmək istəyər. Motivasiyam çox yaxşı idi. Meydana çıxdım və öz oyunumu oynadım. Oyunumun nə qədər alındığını dəqiq deyə bilmərəm. Bunu məşqçilər korpusu deyə bilər. Tərlan müəllimdəm soruşsanız, daha yaxşı olar".

 

Məlumdur ki, "Keşlə"nin əsas hücumçusu eyni zamanda 6 qolla çempionatımızın bombardiri olan Lorenso Frutosdu. Maraqlıdı, Xəzər qış fasiləsindən "Tito" ləqəbli bu paraqvalı hücumçunun əvəzləyicisi ola bilərəmmi?: "Premyer Liqada oynamaq üçün özümü hazır hiss edirəm. Rəqabətə də hər zaman hazıram. Ölkə kubokunda iki qol vurmuşdum. Bunun davamını gətirmək istəyirəm. "Qarabağ”ı ölkə kubokunda keçib-keçməyi gələcək göstərəcək. İnşallah, keçərik onları. Bəli, gördük ki, bu rəqiblə kubokda mübarizə aparmaq olar. Məğlubedilməz komanda yoxdu.  İnşallah, "Qarabağ"ı kubokda udub mərhələni keçərik".

 

Xatırladaq ki, Mahmudov "Keşlə"də rəsmi debütündə "Kəpəz"lə ölkə Kubokunun 1/8 final matçında dubluyla 3:1 hesablı qələbədə əsas pay sahibi olub. 

CBCsport
05 Avqust 2020
04 Avqust 2020
B.eÇ.aÇC.aCŞB