TOP 10

Eyni rəqiblə ardıcıl olaraq qısa vaxtda oynamaq Daninin xoşuna gəlmir: "Həmişə neqativ suallar verirsiniz, pozitiv məqamları da görmək lazımdı"

Futbol
Tarix: 2019-12-06 22:47

"Qarabağ"ın futbolçusu Dani Kintana Azərbaycan Premyer Liqasının XIV turunda evdə "Keşlə" ilə 2:2 hesablı heç-heçə etdikləri oyundan sonra Sport24.az-ın da müxbirinin iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb. İspan yarımmüdafiəçi əvvəlcə hesabı açdığı qarşılaşma haqda danışıb. 

 

- Gördüyünüz kimi, matç çətin keçdi. Rəqib yaxşı oyun nümayiş etdirdi. Bunun da bəlli bir səbəbi var ki, ikinci pillədədi. "Keşlə" gücünə görə bu yerə layiqdi.  Bazar ertəsi də oyunumuz oldu. Rəqibin də 2-3 gün əvvəl qarşılaşması vardı. Amma fərqli heyətlə çıxmışdı. İstənilən halda bizdə yorğunluq hiss olunurdu. Baxmayaraq ki, xal itirdik, pozitiv düşünüb, irəli baxmaq lazımdı.

 

- Qarşıda "Keşlə"ilə 2 kubok oyunu da keçirəcəksiniz. Qısa vaxt kəsiyində eyni komanda ilə ardıcıl 3 dəfə qarşılaşmaq problem yarada bilərmi?

- Ardıcıl olaraq qısa vaxt ərzində eyni komanda ilə oynamaq xoşuma gəlmir. Amma bir şey var ki, bir-birimizi daha yaxşı tanıyacağıq.

 

- Meydanda görünən odur ki, yorğunluqdan əlavə "Qarabağ" həm də psixoloji gərginliyi öz üzərindən ata bilmir...

- Əvvəlcə onu deyim ki, həmişə neqativ suallar verirsiniz. Həddən artıq çox oyun keçirmişik və bu üzdən yorğun olmağımız normaldı. Fərqli-fərqli yarışlardır. Birindən çıxıb, o birinə köklənmək çətindi. Azərbaycanın yeganə komandasıyıq ki, yarım ildən də az müddət ərzində istənilən komandanın bir mövsümdə keçirdiyi matçlardan daha çox oyun keçirmişik. Nəzərə alaq ki, iyulun əvvəlindən rsəmi qarşılaşmalara çıxmışıq. Bu da indiyədək təxminən 28 matç edir. Ötən ilin bu vaxtı liderdən 3 xal geridə idik. İndi isə 6 xaldan çox fərqlə ilk pillədəyik. Pozitiv məqamları da görmək lazımdı. Amma psixoloji cəhətdən komandada problem görmürəm.

 

- Necə düşünürsən, "Qarabağ" "Düdelanj"ı yenə məğlub edə biləcəkmi?

- Təbii ki, qalib gələ bilərik. Üstəlik evdə oynayacağıq. Azarkeşlər qələbəyə layiqdi. Hər oyunda gəlib, bizi dəstəkləyirlər. Ən azından son ev oyununda onlara qələbə bəxş etmək istəyirik.

 

- "Qarabağ" ikinci dövrədə cəmi 2 qələbə qazansa da, ən yaxın izləyiciləri olan "Neftçi" və "Keşlə ona yaxınlaşa bilmir. Səmimi cavab verin, həmin komandalar sizinlə çempionluq uğrunda mübarizə aparmaq gücündədirlər?

- Dediyiniz xal fərqi mövsümə çox uğurlu başlamağımızlaəlaqəlidir. İlk 7 oyunun hamısında qalib gəldik. Yəni, bilirəm ki, "Neftçi" çempionatın sonuna qədər bizimlə mübarizə aparacaq. "Keşlə" də bu gün yaxşı mənada məni çox təəccübləndirdi.

 

- Birinci hissənin sonlarında bir epizod oldu ki, baş hakimdən penalti qərarı gözləyirdiniz...

- Həmin pizodun təkrarına baxmamışam. Amma düşünürəm ki, mənə toxundu və penalti verilməli idi.

 

 

 

 

MEHMAN SÜLEYMANOV

CBCsport
12 Avqust 2020
11 Avqust 2020
B.eÇ.aÇC.aCŞB