TOP 10

Qurban Qurbanov 1 xaldan razı qaldığını açıqladı, Beqoviçin gələcək taleyindən söz açdı: "Komanda həddən artıq çox yüklənib və bir variant var ki..."

Futbol
Tarix: 2019-12-06 21:27

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın XIV turunda "Keşlə"ylə səfərdə 2:2 hesablı heç-heçədən sonra mətbuat konfransı keçirib. Sport24.az xəbər verir ki, təcrübəli mütəxəssis ilk olaraq görüş haqda düşüncələrini bölüşüb.

 

- 1 xal qazandıq. Bu il çempionatda son oyunumuz idi. Düşünürəm ki, qlaib gəlsəydik, daha yaxşı olardı. Amcaq bildiyiniz kimi, hər bir xala dəyər vermişəm. Xalımızın üzərinə xal gəldi. "Keşlə" son matçlarını yaxşı keçirir, yaxşı oyun nizam-intizamı var. Ona uğurlar arzulayıram. Çempionat arxada qalır. Qarşıda Avroliqa və kubok matçlarımız var ki, ona da yaxşı hazırlaşmağa çalışacağıq.

 

- Komandada aşkar fiziki yorğunluq var. Üstəlik də psixoloji. İndiki vəziyyətdə nəsə dəyişiklik edəcəksiniz, yoxsa hər şey eyni temdpə olacaq?

- Bəli, bu nüaslar var. Komanda həddən artıq çox yüklənib. Bir variant var ki, o da hamılıqla komandanın yanında olmalıyıq. Fevraldan sonra bizi daha gərgin matçlar gözləyir. Bu futbolçuları yaxşı tanıyıram. Bilirəm ki, daha artığına layiqdirlər, qadirdirlər.

 

- Əsas qapıçınız Asmir Beqoviç ilk dəfə ehtiyatda qaldı. Bu, o deməkdir ki, qışda gedəcəyi artıq dəqiqləşib?

- Onun ilin sonunda müqaviləsi bitir. Ancaq qalması üçün ən azından rəhbərliklə danışacağıq. Yəni, bizdən asılı olanı edəcəyik. Asmir özü də bunda istəklidi, Bakını xoşlayır, komandaya qarşı pozitivdi. Bir ay çəkəcək bu danışıqlar müddəti. Qapıçı dəyişikliyi normaldı. Şahruddin ilk 3 turda oynayıb. Həmişə qapıçılarla bağlı rotasiya etmişəm. Düzdür, Beqoviçin gəlişindən sonra bu, olmurdu. Ancaq qapıçı dəyişikliyi normaldı.

 

- Hələ yayda ağır zədələnən xorvatiyalı legioneriniz Filip Ozobiç 2 oyundur adı protokolda olur. Onu Avroliqada və ya kubokda meydana buraxmaq fikriniz var?

- Ümumən hazılrığı pis getmir. Neçə məşqdi komandayla birgə hazırlaşır. Qarşıdakı matçlarda imkan olarsa, meydana buraxmağa çalışacağıq ki, oyunu, kollektivi hiss etsin. Bununla da qış fasiləsində komandayla tam hazırlıq keçsin.  

 

 

 

 

MEHMAN SÜLEYMANOV

CBCsport
23 Yanvar 2020
22 Yanvar 2020
B.eÇ.aÇC.aCŞB