TOP 10

Tərlan Əhmədov onu nəticədən daha çox sevindirən iki məqamdan danışdı: "Komandamızın bu qədər gözəl oyunu mənim üçün gözlənilməz oldu"

Futbol
Tarix: 2019-12-06 21:17

"Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov Premyer Liqanın XIV turunda "Qarabağ"la səfərdə 2:2 hesablı bərabərlikdən sonra mətbuat konfransı keçirib. Sport24.az xəbər verir ki, 48 yaşlı mütəxəssis əvvəlcə matç haqda fikirlərini bildirib.

 

- Açığı, itkilərə rəğmən, komandadan hardasa mübarizəli oyun gözləyirdim. Ancaq bu qədər gözəl oyun mənim üçün gözlənilməz oldu. Bu gün nəticədən daha çox yaxşı oyun və gənc hücumçumuz Xəzər Məhmudovun Premyer Liqada debütündə, özü də "Qarabağ" kimi rəqibə qarşı mübarizəli oyunu sevindirdi. Bir il xal aktivimizə yazıldı. Son turda uduzmamaq, qış fasiləsinə yüksək əhval-ruhiyyədə yollanmaq istəyirdik. 

 

- Qısa müddət sonra "Qarabağ"la bu dəfə kubok mübarizəsi. Futbolçuları motivasiya etmək etmək çətin olmayacaq? Bu 1 xal sizə öznüəinam hissi verəcək?

- İki "cəbhə"də oynamaq üçün iki eyni heyət oynamalıdı. Bizdə isə bu planda kasadlıq var. Komandanı yığanda bir fikrim var id - Premyer Liqada bacardıqca yüksək yerlər uğrunda oynamaq, mükafatçılar sırasına düşmək üçün komandanı hazırlamaq. Mübariz komanda formalaşdırmaq istəyirdik. Bugünkü 1 xal bizə motivasiya verir. Vaxtımız da var. Son oyunlarda zədə epidemiyası məni narahat edir. Futbolçularımız yorğunluq fonunda köklənirlər. Zamanımız var ki, iki matçı da yaxşı oynayaq Mübarizədən qaçası deyilik. Kubokda da yaxşı oyunla nəticə qazanmağa çalışacağıq. 

 

 

 

MEHMAN SÜLEYMANOV

football24
19 Sentyabr 2020
18 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB