TOP 10

Beqoviç 1350-də dayandı

Futbol
Tarix: 2019-12-06 19:00

"Qarabağ"ın bosniyalı qapıçısı Asmir Beqoviçin seriyası qırılıb. Sport24.az xəbər verir ki, "Çelsi"nin sabiq qqolkiperi ardıcıl 15 matçdan sonra "çərçivə"dən kənarda qalıb.

 

Belə ki, baş məşqçi Qurban Qurbanovun Beqoviçin transferindən sonra ilk dəfə onu ehtiyatda saxlayıb. Təcrübəli mütəxəssis Premyer Liqanın XIV turunda "Keşlə"ylə bugünkü açılış matçında qapıya Şahrudin Məhəmmədəliyevi qoyub. Asmirin gəlişinədək ilk 3 turda "çərçivə"də məhz bu milliləşdirilən dağıstanlı qapıçı idi və qol buraxmamışdı.

 

31 yaşlı Beqoviç isə Avropa Liqasında qrup mərhələsinin matçlarını da nəzərə alsaq, 17 qol buraxıb. Bunun 5-i Premyer Liqada, 12-si Avropada olub. Matçlarını əvəzolunmadan keçirən Asmir ümumilikdə 1350 dəqiqə meydanda olub. Onun debüt matçı IV turda sentyabrın 15-də "Neftçi"yə Tofiq Bəhramov adına Respublika stadionunda 2:0 hesabıyla qalib gəldikləri qarşılaşma olub. 

 

Xatırladaq ki, "Qarabağ"ın ötən mövsümün əsas qapıçısı olan braziliyalı Vanderson da Siva cari çempionatda hələ ki debüt etməyib. 

CBCsport
11 Avqust 2020
10 Avqust 2020
B.eÇ.aÇC.aCŞB