TOP 10

"Avroliqaya mübarizə aparan komandalar arasında "Qəbələ"ni də görürəm"

Futbol
Tarix: 2019-12-06 17:26

"Sənan Qurbanovun rəhbərliyi altında mövsümə yaxşı başlamadıq. Aydın məsələdir ki, yeni komanda yığılmışdı. Sənan müəllim istefa vardı, klub rəhbərliyi də bunu qəbul etdi. Qurbanov istefaya göndərilməyib, özü vəzifəsindən gedib. Bundan sonra baş məşqçi dəyişikliyi oldu və futbolçulara istər-istəməz siqnal oldu. Elmar Baxşıyev işi yaxşı şəkildə davam etdirdi. Bugünkü gündə turnir cədvəlinə baxamda, açığı, iştah gəlir". Sport24.az xəbər verir ki, bu fikirləri "Qəbələ"nin baş meneceri Zaur Əzizov "İdman TV" və Azərbaycan Radiosu 105 FM-də yayımlanan "Extra Time" verilişində bildirib.

 

Onun sözlərinə görə, hədəf növbəti oyuna baxmaqdı: "Uzaq gələcəklə bağlı məqsəd ə gəlincə, bugünkü vəziyyətə baxaraq çalışacağıq ki, Avroliqaya ən azından düşmək uğrunda mübarizə aparmağa çalışaq. Bu gün həmin turnirlə vəsiqə qazanmaq uğrunda yarışan komandalar arasında "Qəbələ"ni də görürəm. Sırf çempionat oyunlarına baxandan sonra biz də fikirləşirik ki, niyə də olmasın?! Niyə də "Qəbələ" bu mübarizəyə qoşulmasın?!"

 

Xatırladaq ki, son Azərbaycan Kubokunun qalibi olan "Qəbələ" 2014-cü ildən bu yanan fasiləsiz hər mövsüm ölkəmizi avrokuboklarda təmsil edir. 

CBCsport
23 Yanvar 2020
22 Yanvar 2020
B.eÇ.aÇC.aCŞB