TOP 10

"Qəbələ"yə 2 əcnəbi məşqçi təklif olunub: "...onlar arasında seçim etməyə ehtiyac yaranacaqdı"

Futbol
Tarix: 2019-12-06 17:06

"Futbol klublarında çalışanlar bilir ki, baş məşqçi istefasından dərhal, 1 gün yox, 1 saat sonra kluba bir çox namizədlər gəlir. Biz də sözsüz ki, axtarışa çıxmışdıq. Bəli, araşdırmalarımız oldu ki, ehtiyac yaranarsa, kimlə yola davam edə bilərik. Ancaq sonda fikirləşdik ki, Elmar Baxşıyevlə davam etmək indiki məqam üçün ən düzgün addımdı. Hələlik də çox şükür, ümidləri doğruldur. Ümid edirik ki, bu şəkildə də davam edərik" Sport24.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş meneceri Zaur Əzizov "İdman TV" və Azərbaycan Radiosu 105 FM-də yayımlanan "Extra Time" verilişində qonaq olarkən açıqlayıb.

 

Klub rəsmisi Sənan Qurbanovun istefasından sonra baş məşqçi vəzifəsinin Elmar Baxşıyevə həvalə olunmasının səbəbini açıqlamaqla yanaşı, onlara təklif olunan əcnəbi mütəxəssislərin də adlarını çəkib: "Hər hansı əcnəbi məşqçiylə danışıq aparmadıq. Sadəcə, bizə təklif olunan siyahıda çox mütəxəssis vardı. Ancaq son 2 namizəd vardı ki - biri "Keşlə"ni çalışdırmış Yuri Maksimov, biri də belaruslu mütəxəssis Oleq Dulub - əcnəbi baş məşqçiyə ehtiyac olsaydı, həmin vəziyyət üçün bəlkə bu iki məşqçi arasında seçim etməyə ehtiyac yaranacaqdı".

 

Qeyd edək ki, Maksimov yaxında Ukraynanın "Vorskla" klubunun baş məşqçisi təyin olunub, Dulub isə bu ilin mayından Qazaxıstanın "Atırau" klubunu çalışdırır. 

 

football24
19 Sentyabr 2020
18 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB