TOP 10

"Qəbələ" Volkovla bağlı məsələni tezliklə yekunlaşdırmağa çalışır: "Davit istəsəydi, daha yaxşı şərtlərlə Azərbaycan klublarıyla müqavilə imzalayardı"

Futbol
Tarix: 2019-12-06 17:00

"Qəbələ"nin baş meneceri Zaur Əzizov müqaviləsi başa çatmaqda olan gürcü legioneri Davit Volkovun gələcək taleyi haqda danışıb. Sport24.az xəbər verir ki, klub rəsmisi "İdman TV" və Azərbaycan Radiosu 105 FM-də yayımlanan "Extra Time" verilişində cari çempionatda bombardirləri olan 24 yaşlı gürcü hücumçunu saxlamaq istədiklərini gizlətməyib: "Məndə olan məlumata görə, "Qəbələ"dən başqa daha 2 yerli klub onunla maraqlanır. Volkovun müqaviləsi qışda başa çatdığı üçün bizə müraciətə ehtiyac yoxdu. Bəli, futbolçuyla bir neçə gün öncə danışmışıq. Sözsüz ki, onun transferiylə bağlı Avropanın bir neçə klubundan şifahi danışıq var. Amma mənə, özünün də bildirdiyinə görə, Azərbaycanda oynayacaqsa, sözsüz ki, ilk seçimi "Qəbələ" olacaq. Biz də çalışacağıq ki, onunla bağlı məsələni tezliklə yekunlaşdıraq. Davitin gələcək karyerasıyla bağlı qərar verməsində klubumuzun da planları rol oynayacaq. Bugünkü vəziyyətdə Volkov istəsəydi, daha yaxşı şərtlərlə Azərbaycan klublarıyla müqavilə imzalayardı. Ancaq gözləyir".

 

Xatırladaq ki, Davit ötən qış "Qəbələ"yə gələrək 1 illik müqavilə imzalayıb.   

CBCsport
23 Yanvar 2020
22 Yanvar 2020
B.eÇ.aÇC.aCŞB