TOP 10

Sezarın cəzası ləğv olunsa da, "Qarabağ"a qarşı oynaya bilməyəcək - səbəb yenə cəzadı

Futbol
Tarix: 2019-12-06 13:36

"Keşlə"nin legioneri Sezar Meza Kolli qalan cəzası AFFA tərəfindən ləğv olunsa da, Premyer Liqanın bu il üçün son turunda "Qarabağ"a qarşı oynaya bilməyəcək. Sport24.az xəbər verir ki, bu səbəb cəzalı durumda olmasıdı.

 

Məsələ ondadır ki, Sezar birbaşa qırmızı vərəqə aldığı XIII turun "Zirə"ylə səfər matçında sarı vərəqə də almışdı. Bu isə onun üçün cari çempionatda 4-cü olduğundan cəzalı vəziyyətə düşmüşdü. Beləliklə, Meza Kolli ötən turda "Sumqayıt"la ev görüşündə "qırmızı"nın, indisə 4 "sarı"nın cəzasını çəkir. Yəni, 28 yaşlı yarımmüdafiəçi üçün istənilən halda, çempionatımız bu illik başa çatıb. Ancaq qış fasiləsinədək Azərbaycan Kubokunun 1/4 final matçları olduğundan, Sezar komandasına kömək etmək üçün həmin qarşılaşmaları gözləyir.

 

Onu da bildirək ki, Premyer Liqayla ölkə Kubokunun cəzlaarı bir-birinə şamil olunmadığından, Sezar "Kəpəz"i keçdikləri 1/8 final matçında oynayaraq məhsuldar ötürmə müəllifi də oldu. 

 

Xatırladaq ki, AFFA-nın Apellyasiya Arbitraj Tribunalının qərarıyla Meza Kollinin cəzalı olduğu oyun sayı birə endirilməklə qalan iki matçlıq cəzadan şərti olaraq azad edilib. "Transfer pəncərəsi" dövrü istisna olmaqla mövsümün növbəti üç ayı ərzində futbolçu qırmızı vərəqə ilə nəticələnəcək eyni əməllərə təkrar yol verəcəyi halda cəzadan şərti olaraq azad etmə ləğv ediləcək, indiki cəzanın çəkilməmiş iki oyunluq kənarlaşdırılma hissəsi yeni qərar üzrə təyin olunmuş cəzanın üzərinə əlavə olunacaq. 

 

CBCsport
23 Yanvar 2020
22 Yanvar 2020
B.eÇ.aÇC.aCŞB