TOP 10

“Zirə”nin “Səbail”lə 10-cu görüşü

Futbol
Tarix: 2019-12-06 13:24

Bu həftə Premyer Liqada mövsümün ilk yarısına yekun vurulacaq. Sport24.az xəbər verir ki, “Zirə” 2019-cu ilin sonuncu – 14-cü turunda “Səbail”lə qarşılaşacaq. “Qartallar”ın ev oyunu rəqiblər arasında yubiley – 10-cu çempionat qarşılaşması olacaq.


İlk dəfə 2017/18 mövsümündə görüşən komandalar indiyədək 9 dəfə üz-üzə gəlib. Bu matçlarda üstünlük “Zirə”nin tərəfindədir. 4 qələbəsi olan “qartallar” 2 heç-heçə edib və 3 dəfə uduzub. Bu məğlubiyyətlərdən biri texniki nəticə olub. 13 qolun vurulduğu matçlarda top fərqi də “Zirə”nin xeyrinədir – 8:5. “Səbail”lə qarşılaşmalarda 7 “Zirə”li qol sevinci yaşayıb. Xulio Sezar Rodriqez rəqib qapısına 2 dəfə yol tapıb.


5-ci dəfə “Səbail”lə öz meydanında üz-üzə gələcək “Zirə” əvvəlki 4 oyunda 1 qələbə qazanıb, 2 heç-heçə edib. Ev oyunundan yalnız bir dəfə xalsız ayrılan “qartallar”, 4 qol vurduğu matçlarda eyni sayda top buraxıb.


Dekabrın 8-də keçiriləcək “Zirə” – “Səbail” matçı saat 15:00-da start götürəcək.

CBCsport
05 Avqust 2020
04 Avqust 2020
B.eÇ.aÇC.aCŞB