TOP 10

Dabo hələ ki "ofsayd"da qalır, Monroz isə...

Futbol
Tarix: 2019-12-06 14:00

"Neftçi"nin ötən mövsüm bombardiri olan əsas hücumçusu Baqali Dabo fərdi məşqlərə başlayıb. Sport24.az xəbər verir ki, bu haqda klubun mətbuat xidmətindən məlumat verilib. 

 

Fransalı hücumçu XII turda "Qəbələ"ylə ev matçı öncəsi məşqdə arxa əzələsini dartdığından, bir müddətdir komandasına kömək edə bilmir. Dabonun vəziyyəti Premyer Liqanın bu il üçün son turda "Sabah"la dekabrın 8-də səfərdə keçiriləcək matçda da meydana çıxmağına imkan vermir. Ancaq 31 yaşlı forvard böyük ehtimalla "Sumqayıt"la ölkə Kubokunun ilk 1/4 final matçına hazır olacaq. Bu görüş dekabrın 16-da "Bakcell Arena"da olacaq.

 

"Neftçi"nin digər zədəli fransalı hücumçusu Stiven Monroza gəlincə, o, artıq ümumi qrupda məşq edir və çox güman, "Sabah"a qarşı oynayacaq. Stiven ötən turda "Səbail"lə səfər matçını kənardan izləmişdi. 

 

Xatırladaq ki, Monrozla "Qəbələ"də də komanda yoldaşı olmuş Dabo yayda zədə üzündən avrokubokları demək olar boşa verməli oldu. 

CBCsport
05 Avqust 2020
04 Avqust 2020
B.eÇ.aÇC.aCŞB