TOP 10

"Qəbələ"nin gürcülərinin agenti yeni variantları açıqladı: "Volkova Bolqarıstandan 2 illik müqavilə təklifi, Azərbaycandan 3 klubun marağı var, Qiqauri isə..."

Futbol
Tarix: 2019-12-06 15:00

"Qəbələ"nn heyətində olan legionerlərdən həmyerli olanlar Davit Volkovla Merab Qiqauridi. Gürcü yarımmüdafiəçilər yaxşı oyunlarıyla autsayder olan "Qəbələ"ni arxasınca daşıyırlar. Ancaq onların qış fasiləsindən sonra karyeralarını bu komandada davam etdirəcəkləri dəqiq deyil. Çünki Volkovun müqaviləsi bitir, Qiqauridə isə anlaşma hələ yayda qurtarsa da, "Qəbələ" sponsorsuz qaldığından, gələcək taleyi sual altındadı. Bununla bağlı futbolçuların agenti, vaxtilə ölkəmizdə legioner həyatı yaşamış keçmiş hücumçu Mixail Xutsişvili ilə söhbətləşdik. 

 

- Meneceri olduğunuz Davit Volkovla Merab Qiqauri özlərini yaxşı tərəfdən göstərirlər və onlara başqa klublardan maraq var. Qış fasiləsində "Qəbələ"dən gedişləri gözlənilir?

- Elədi, onlara maraq yetərincə çoxdu. Xüsusilə Volkova, çünki "Qəbələ"ylə müqaviləsi bitdiyindən sərbəst futbolçu olacaq. Bunu həm Avropada, həm də Azərbaycanda demək olar hamı bilir. Davitlə çox klub maraqlanır. Hətta Avropadan konkret rəsmi təklif var. 

 

- Maraqlıdı, hansı klubdan?

- Klubu açıqlaya bilmərəm, ancaq ölkənin Bolqarıstan olduğunu deyə bilərəm. Həmin komanda yüksək liqa təmsilçisidi, turnir cədvəlində də yuxarılarda gedir. Davitin "Qəbələ"də oyununu görərək bəyəniblər. 

 

- Nə qədər cəlbedici təklifdi? Neçə illik müqavilə təklif olunub?

- Yaxşı variantdı, birbaşa 2 illik müqavilə təklif edirlər. Ancaq hələ cavab verməmişik, gözləyirik.

 

- Digər təkliflər hansı ölkələrdəndi?

- İsraildən də maraq var, rəsmi təklif gözləyirik. Bildiyimə görə, Azərbaycandan da 3 klub Volkovla maraqlanır.

 

- "Keşlə", "Zirə" və və...

- Bu iki komandanın maraqlandığını bilirəm. Biri də səhv etmirəmsə, "Sabah"dı. Dəqiq bilmirəm. 

 

- Nəhayət, "Qəbələ"də qalmaq perspektivi. Futbolçu özünü burada yaxşı hiss edərək çıxışını davam etdirmək istədiyini və klub rəhbərliyindən yeni müqavilə təklifi gözlədiyini baş məşqçisinə də, saytımıza da deyib. "Qəbələ"nin yeni sponsor axtarışında olduğunu nəzərə alsaq, Davitin qalmaq şansı nə dərəcədə realdı?

- Həmişə onu deyirəm ki, Davit "Qəbələ"də özünü yaxşı hiss edir. Bu klub futbolçum gəldiyi ilk gündən onun yaxşı oynaması üçün hər şey edib. "Qəbələ" Volkova kömək elədi, Volkov da "Qəbələ"yə. Onlar birgə Azərbaycan Kubokunu götürdülər. Volkovun yayda çoxlu təklifi vardı. Ancaq belə qərar verdik ki, komandada qalmalıdı və Avropa Liqasında çıxş etməlidi. İndi "Qəbələ"nin təklifini gözləyirik. Bildiyimizə görə, yeni sponsor axtarışıyla bağlı məsələnin müsbət həllini gözləyirlər. Biz də vəziyyətin necə olacağını gözləyirik. İlk növbədə bu variantı nəzərdən keçirmək istəyirik. Çünki "Qəbələ"ylə yaxşı münasibətlərimiz var və hörmətsizlik etmək istəmirik. 

 

- Yəni, istənilən halda, prioritet "Qəbələ" olacaq...

- Bəli-bəli. Başqa yerdən 2-3 konkret təklif olmalıdır ki, onu da gözləyirik. Hansı daha yaxşı variant olacaq, onu da dəyərləndirəcəyik. Bu, həm futbolçu üçün yaxşı olmalıdı, həm də bizim, hamımız üçün. 

 

- Bir az da Merabdan danışaq. Onun Volkovdan fərqli "Qəbələ"ylə müqaviləsi var və bu, gedişinə çətinlik yaradır. Yoxsa, yeni variant var?

- Merab hələ ki komandadadı. Bildiyimə görə, ona da Azərbaycandan maraq var. Ancaq indi dəqiq bir şey deyə bilmərəm. Qiqaurinin "Qəbələ"ylə yayadək müqaviləsi var. Belə bir variant olarsa ki, "Qəbələ" onu sataraq, özü də bundan maddi planda qazanmaq istəsə, futbolçu da bundan razı olarsa, onda nəzərdən keçirəcəyik. Yox, belə olmasa, yayadək "Qəbələ"də qalacaq.  

 

- Belə başa düşdüm ki, bu gənc futbolçuların Gürcüstana qayıtması ümumiyyətlə, gündəmdə deyil?

- Bəli. Bu haqda ümumiyyətlə, düşünmürük. 

 

 

 

 

MEHMAN SÜLEYMANOV

CBCsport
23 Yanvar 2020
22 Yanvar 2020
B.eÇ.aÇC.aCŞB