TOP 10

İlin son turuna liderlərin dueli ilə start veriləcək: Kubokdan öncə repetisiyalar olacaq

Futbol
Tarix: 2019-12-06 12:00

Bu gün Azərbaycan Premyer Liqasında XIV tura start veriləcək. Sport24.az xəbər verir ki, bu, cari mövsümün ilk yarısının və II dövrənin son oyunları, yəni başa çatmaqda olan 2019-cu ilin son turu olacaq. İlk turdakı cütlər meydan sahibləri dəyişməklə baş tutacaq. 

 

Görüşlər iki gün ərzində keçiriləcək. Tura yenə cümə günü start verilməsi təsadüfi deyil. Belə ki, "Qarabağ" növbəti həftəiçi Avropa Liqasının qrup mərhələsinin son turu çərçivəsində "Düdelanj"la ev matçı olacağından, tura hamıdan əvvəl başlayacaq. Son 6 ilin çempionu Tofiq Bəhramov adına Respublika stadionunda Lüksemburq təmsilçisindən əvvəl “Keşlə”ni qəbul edəcək. Liderlərin dueli turun mərkəzi qarşılaşması sayılır. Hər halda, Qurban Qurbanovun komandası ən yaxın izləyicisi ilə görüşəcək. “Qarabağ” qış çempionluğunu təmin etsə də, 2 aylıq fasiləyə üstünlüyü qorumaqla yollanmaq fikrindədi. Tərlan Əhmədovun komandası isə liderlə fərqi azaltmağa çalışacaq. Məlumdur ki, komandalar məhz bu ayda Kubokun 1/4 finalında da görüşəcək. 

.

Tur birgünlük fasilədən sonra davam etdiriləcək. Son üç qarşılaşma eyni gündə - bazar günü təşkil olunacaq. 3-cü pillədə qərarlaşan “Neftçi” “Sabah”ın qonağı olacaq. Bununla da Roberto Bordinin komandası ardıcıl 2-ci səfər matçına çıxaraq Bayıldan sonra Masazıra yollanacaq. "Sabah" isə yeni baş məşqçisi Jelko Sopiçin rəhbərliyi altında Premyer Liqada 2-ci matçını da evdə keçirərək, yenə çempionluğa oynayan rəqiblə qüvvəsini sınayacaq. Xorvatiyalı mütəxəssis çempionatımızda ilk xalını qazanmaq üçün mübarizə aparacaq. Roberto Bordinin komandası isə liderlə xal fərqinin artmaması, qış fasiləsinə 2-ci pillədə çıxmaq üçün qələbə qazanmalıdır.

 

İlk "3-lüy"ə düşmək uğrunda mübarizə aparan “Sumqayıt” evdə “Qəbələ” ilə görüşəcək. Meydan sahibləri avrokubok zonasından uzaq düşməmək, qonaqlar təhlükəli zonadan bir az da uzaqlaşmaq üçün meydana çıxacaq. Elmar Baxşıyevin komandası qalib gələrsə, birdən-birə 2 pillə irəliyərək qış fasiləsinə 5-ci yerdə yollana bilər. 

 

“Zirə” çempionatın autsayderi “Səbail”i sınağa çəkəcək. Bu komandalar da Kubokun 1/4 finalında rəqibdi. Qələbə həsrəti 9 tura uzanan qonaqlar son pilləni tərk etmək haqda düşünür. Qəsəbə təmsilçisi isə avrokubok zonasına yaxınlaşmaq üçün turu itkisiz keçərək eyni zamanda startda bu rəqibdən adlığı məğlubiyyətin əvəzini çıxmaq iddiasındadı.

 

 

Azərbaycan Premyer Liqası
XIV tur

6 dekabr (cümə)
19:00. “Qarabağ” – “Keşlə”

Hakimlər: Kamal Umudlu, Mübariz Haşımov, Eyyub İbrahimov, İnqilab Məmmədov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

İlk dövrədəki matç - 1:0

 

8 dekabr (bazar)
17:00. “Sabah” – “Neftçi”

Hakimlər: Rauf Cabarov, Nahid Əliyev, Müslüm Əliyev, Namiq Bəkirov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Bakı. “Bank Respublika Arena” stadionu

İlk dövrədəki matç - 1:1

 

15:00. “Zirə” – “Səbail”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Rauf Allahverdiyev
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Bakı. Zirə İdman Kompleksinin stadionu

İlk dövrədəki matç - 0:1

 

15:00. “Sumqayıt” – “Qəbələ”
Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Pərvin Talıbov, Orxan Məmmədov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Sumqayıt. “Kapital Bank Arena" stadionu

İlk dövrədəki matç - 2:0

 

 

CBCsport
05 Avqust 2020
04 Avqust 2020
B.eÇ.aÇC.aCŞB