TOP 10

Şenol Günəş Bakıda azarkeşlərimizə səsləndi: "Hər kəs biletini alsın və bizimlə bərabər olsun"

Futbol
Tarix: 2019-12-05 23:41

Türkiyə millisinin baş məşqçisi Şenol Günəş Bakıya səfəri zamanı azərbaycanlı azarkeşlərə müraciət edib. Sport24.az xəbər verir ki, AFFA-nın rəsmi "Facebook"" səhifəsində 67 yaşlı mütəxəssisin müraciəti paylaşılıb.

 

Belə ki, AVRO-2020 üçün bütün azarkeşləri Bakı Olimpiya Stadionunda (BOS) gözlədiklərini bəyan edib: "Türkiyədəki futbolsevərlərlə, eyni zamanda Azərbaycandakı qardaşlarımızla birlikdə qrupdan çıxmaq istəyirik. Gözəl matçlar bizi gözləyir. Hər kəs biletini alsın və bizimlə bərabər olsun".

 

Məlumdur ki, BOS-da ilk olaraq iyunun 13-də Uels və İsveçrə yığmaları üz-üzə gələcək. Həmin gün AVRO-2020-nin açılış matçında İtaliya və Türkiyə milliləri Romadakı "Olimpiko" stadionunda qarşılaşacaq. İyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları oaytaxtımızda təşkil olunacaq. Bundan başqa, 1/4 final mərhələsinin bir oyunu Bakıda keçiriləcək.

CBCsport
24 Yanvar 2020
23 Yanvar 2020
B.eÇ.aÇC.aCŞB