TOP 10

"Böyük kapitan" Bakıda oynamağı Türkiyə yığması üçün çox böyük üstünlük sayır: "Millimizə azarkeşlik edənlər tribunalalardakıların 3/4-dən az olmayacaq"

Futbol
Tarix: 2019-12-06 10:16

Onu Vətənində - qardaş Türkiyədə "Böyük kapitan" adlandırırlar. Əlavə təqdimata ehtiyacı yoxdu. Bəli, söhbət Bülənt Korkmazdan gedir. Sport24.az xəbər verir ki, Türkiyə futbolunun canlı əfsanələrindən olan keçmiş müdafiəçi Türkiyə yığmasının Bakıda qrup mərhələsininin 2 matçını keçirəcəyi AVRO-2020-nin püşkünü dəyərləndirib: "Açıq deyim ki, bu, Türkiyə yığmasına çox böyük üstünlükdü. Uels və İsveçrə yığmaları ilə Bakıda oynamaq Türkiyədə qəbula bərabərdi. Sirr deyil ki, bizim ölkədə azarkeşlər "12-ci oyunçu" olurlar. Əminəm ki, analoji dəstək Bakı Olimpiya Stadionunda (BOS) olacaq. Bizim qardaşlara - azərbaycanlılara türklər qoşularaq ölkənizdə möhtəşəm atmosfer yaradacaqlar. Yəqin ki, Bakıya Türkiyədən on minlərlə azarkeş gələcək. Fikrimcə, millimizə azarkeşlik edənlər tribunalalardakıların 3/4-dən az olmayacaq".

 

Maraqlıdı, Korkmaz də həmin vaxt paytaxtımızda olacaqmı?:"İndidən əminliklə deyə bilmərəm ki, Bakıya milli komandamızı dəstəkləməyə gələcəm. İyuna hələ yarım il var. Təxirəsalınmaz işlərim olmasa, futbolçularımızı mütləq dəstəkləməyə gələcəm"

 

Xatırladaq ki, Türkiyə millisi iyunun 17-də Uelsə, bundan 4 gün sora İsveçrəylə BOS-da görüşəcək. (Football24.az)

 

CBCsport
23 Yanvar 2020
22 Yanvar 2020
B.eÇ.aÇC.aCŞB