TOP 10

“Liverpul” rekordunu yenilədi

Dünya Futbolu
Tarix: 2019-12-05 20:00

“Liverpul” İngiltərə Premyer Liqasının 15-ci turunda “Everton”u məğlub edib. Sport24.az xarici mətbuata istinadən xəbər verir ki, 5:2 hesabıyla qələbə qazanan Mersisayd təmsilçisi şəxsi rekordunu yeniləyib. 
 

Belə ki, “Liverpul” ardıcıl 32 oyundur məğlub olmur. Yurgen Kloppun rəhbərlik etdiyi kollektiv bu oyunlarda 27 qələbə qazanıb, 5 dəfə isə heç-heçə edib.


“Liverpul” bununla da, klubun şəxsi rekordunu yeniləyərək, ən uzunmüddətli məğlubiyyətsizlik seriyasına nail olub.


“Liverpul” Premyer Liqada 43 xalla liderdir.

CBCsport
03 Avqust 2020
02 Avqust 2020
01 Avqust 2020
B.eÇ.aÇC.aCŞB