TOP 10

İspaniya superkubokunun təqvimi açıqlandı

Dünya Futbolu
Tarix: 2019-12-05 18:08

Futbol üzrə İspaniya superkubokunun təqvimi məlum olub. Sport24.az xəbər verir ki, yeni formatda keçirilən turnirin yarımfinal mərhələsinin oyunları yanvarın 8 və 9-da keçiriləcək. Bu barədə “Barselona” klubunun rəsmi saytı məlumat yayıb.


Yanvarın 8-də “Valensiya” ilə “Real”, 9-da isə “Barselona” ilə “Atletiko” qarşılaşacaq. Hər iki oyun saat 23:00-da start götürəcək.


Səudiyyə Ərəbistanında təşkil olunacaq superkubokun həlledici görüşü isə yanvarın 12-də, saat 22:00-da başlayacaq.

CBCsport
19 Yanvar 2020
18 Yanvar 2020
B.eÇ.aÇC.aCŞB