TOP 10

Şenol Günəş Bakıya gəldi - FOTOLAR

Futbol
Tarix: 2019-12-05 15:26

Türkiyə millisinin baş məşqçisi Şenol Günəş Bakıya gəlib. Sport24.az xəbər verir ki, bu barədə “Qarabağ” Futbol Akademiyasının koordinatoru Tacəttin Doğan “Twitter” hesabında paylaşım edib.

 

Belə ki, 67 yaşlı Günəş AVRO-2020-nin oyunları üçün otel və təlim-məşq bazası seçimi ilə bağlı ölkəmizə səfər edib. O, Tofiq Bəhramov adına Respublika stadionunda və "Qarabağ"ın bazasında olub.

 

Qeyd edək ki, Türkiyı millisi iyunun 17-də Uels, bundan 4 gün sonra İsveçrə millisiylə Bakı Olimpiya Stadionunda qarşılaşacaq. Şenol Günəşin komandası AVRO-2020-nin açılış matçında İtaliya millisi ilə Romadakı "Olimpiko" stadionunda qarşılaşacaq.

 

CBCsport
24 Yanvar 2020
B.eÇ.aÇC.aCŞB